Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyəyə qanunsuz miqrant axını artıb

Türkiyəyə qanunsuz miqrant axını artıb...

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu parlamentdə çıxışı zamanı bildirib.

Daxili İşlər naziri deyib ki, bu ilin əvvəlindən Türkiyə təhlükəsizlik qüvvələri dünyanın bir çox ölkələrindən gəlmiş 423 min miqrant saxlayıb. Əgər 2018-ci ildə Türkiyədə 286 min miqrant saxlanıbsa, bu ilin sonuna belə miqrantların sayı 450 min nəfərə çatır.

S.Soylu bu il ərzində 33 min miqrantın, o cümlədən qadın, qoca və uşaqların qeyri-leqal yolla Egey dənizini keçməyə çalışdığını söyləyib: “Miqrasiya probleminin əsas ağırlığı Türkiyənin çiyinlərinə düşür. Biz çalışırıq ki, Türkiyə qaçqınların və qeyri-leqal miqrantların “ilkin dayanacağı” kateqoriyasından çıxsın”.

Türkiyə Daxili İşlər naziri bu il 99 min miqrantın Türkiyəni könüllü tərk etdiyini də açıqlayıb. Bunların arasında suriyalılar da var. Suriyada yaşanan böhranla əlaqədar bu ölkədən Türkiyəyə ərəb, kürd və türkmənlər də daxil olmaqla, 3,6 milyon miqrantın gəldiyini xatırladan S. Soylu Afrin, Cerablus, Azel, Maare və Əl-Babın terrorçulardan təmizlənməsi nəticəsində 370 min qaçqının torpaqlarına qayıtdığını da nəzərə çatdırıb.

pia.az


Etiket: Türkiyə miqrant


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar