Şənbə, 29 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

İsveçrə Azərbaycanla maliyyə məlumatlarını mübadilə edəcək

İsveçrə Azərbaycanla maliyyə məlumatlarının mübadiləsini aparacaq

PİA.az Trend-ə istinadən bildirir ki, bu həftə İsveçrə parlamentinin Kantonlar Şurası bank və vergi məlumatlarının avtomatik mübadiləsinin həyata keçiriləcəyi dövlətlərin siyahısını genişləndirib.

Qeyd olunur ki, İsveçrə həmin ölkələrə vətəndaşların, eləcə də bu ölkədə yaşayan fiskal rezidentlərin bank hesabları və digər maliyyə məlumatlarını təqdim edəcək. Öz növbəsində İsveçrə öz vətəndaşlarının həmin ölkələrdəki bank rekvizitləri barədə məlumatları əldə edəcək.

Məlumat mübadiləsi aparılacaq yeni ölkələrin siyahısına Azərbaycanla yanaşı Albaniya, Bruney, Dominika, Qana, Qazaxıstan, Livan, Makao, Maldiv adaları, Nigeriya, Niue, Oman, Pakistan, Peru, Samoa, Sen-Marten, Trinidad və Tobaqo və Vanuatu daxil edilib.

Hazırda İsveçrə 75 ölkədə maliyyə məlumatları əldə edir, 63 ölkə ilə bu məlumatları paylaşır.

Hökumətin hesabatına əsasən, İsveçrə mənbə ölkələrinə 3,1 milyon bank hesabı barədə məlumat ötürüb, öz növbəsində 75 tərəfdaş ölkədən isə 2,4 milyon bank hesabı barədə məlumat alıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Heydər Əliyevin sabiq köməkçisindən referendum və yeni seçki anonsu - Video

Vasif Talıbov öz qardaşı ilə toqquşur? - Naxçıvanda seçkilər bitər-bitməz həbslər başlayıb...

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

DTX-nin strukturunda dəyişiklik edildi - Prezidentdən Fərman

Aylıq gəliri 2 milyon manat olan icra başçısı eşşək südünü 80 manata satırmış

İdlibdə baş verənlər Rusiya-Türkiyə münasibətlərini hara daşıyır? - Suriyada yeni mərhələ başlayır...

Azərbaycanda koronavirusa yoluxma riski olan insanlar - SİYAHI

İcra başçısı eşşək südünü 80 manata satırmış...

BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir?

Türkiyə Müdafiə naziri Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb

Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

loading...

Ən çox oxunanalar