Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əsl kişi ailəsinin yanında olar” – Narkotikə görə həbs olunan musiqiçi

ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1959-cu il təvəllüdlü, Masallı rayon sakini Əzizov Etibar Miralxas oğlu öz həyat hekayəsini danışıb


Əzizov Etibar Miralxas oğlu – Məhkum (9 il): “1959-cu ildə Masallı rayonunda anadan olmuşam. Sovetlərin dövründə hərbi xidmətdə olmuşam. Azadlıqda olanda qaynaqçı işləyirdim. Həm də musiqiçi olmuşam, 20 il toy məclislərinə getmişəm, iştirak etmişəm musiqiçi kimi. 1992-ci ildə könüllü olaraq orduya getdim, Ağdərədə, Umudlu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Yaralandıqdan sonra xəstəxanaya yerləşdirildim. Müharibə ömrümü zəhərlədi. Yanıma düşən mərminin qəlpələri dağıldı bütün bədənimə. Ekzema xəstəliyi tutdum bu qəlpələrdən.

Mənə bir neçə dəfə təklif etmişdilər, qəbul etməmişdim. Bu dəfə israr etdilər, aldatdılar məni. Mənə malı verən adamlara dedim ki, heç olmasa əlaqə nömrəsi verin. Heç nə vermədilər, şəklimi çəkib göndərdilər həmin adama ki, məni qarşılasın. 100 manat beh verdilər, dedilər 900 manat da təhvil verəndə verəcəklər. 700 qram miqdarında narkotik maddə və dərmanlar elə göz qarşısındaca tutuldu, gəldim düşdüm barmaqlıqlar arxasına. 2018-ci ilin iyun ayında tutulmuşam, 9 il iş almışam. Aldandım, peşmançılığımın həddi-hüdudu yoxdur.

Şeytan Adəmi də aldadıb cənnətdən qovdurdu, mən də aldanıb həbsə düşdüm. Həyatım məhv oldu, ömrümün qış çağında idim, qəbirin qırağında idim onsuz da bu həbs də məni məhv etdi. 9 il azadlıqdan məhrum edilməyim məni qəbirə göndərdi. 1 oğlum var, 3 qızım. Onların ikisinin həyatın qurmuşam, qalıb ikisi. Qızımın biri də inkişafdan geri qalıb, xəstədir. 4 nəvəm var, 60 ilim tamam olanda söz veriblər gələcəklər yanıma. Ötən il nəvəm birinci sinifə hazırlaşırdı, dedi baba, hardasan, gəl məni məktəbə apar. Onların dərslərinə kömək edirdim, gəldim düşdüm bura. Allaha sığınmışam, seyid adamam, ibadətimi edirəm, namaz qılıram.

Buradan-cəzadan heç kim sığortalanmayıb. Bura canlı qəbiristanlıqdır, tez unudulursan, yaddan çıxırsan… Burada vaxtımı keçirtmək üçün tikinti briqadasında çalışmağa razılaşdım, indi işləyirəm.

Gənclərə məsləhət görürəm ki, aldanmasınlar, öz ağılları ilə hərəkət etsinlər. Əsl kişi odur ki, ailəsinin yanında, onların xidmətində olsun, onun bunun sözünə inanıb aldanmasınlar. Mən musiqiçi kimi böyük saraylarda konsertlərdə olmuşam, mənim kimi tanınmış adam gəldim burda ləyaqətsiz vəziyyətə düşdüm.

Ekzema xəstəliyi artıq bronxlarımı da sıradan çıxarıb, nəfəs ala bilmirəm, ona görə də oxuya bilmirəm artıq. Bir yandan xəstəlik, bir yandan məhkumluq həyatı mənim bütün ümidlərimi öldürüb, ümidim yoxdur sağ çıxam burdan balalarıma qovuşam”.  

pia.az


Etiket: Məhkum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar