Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Vasif Talıbov yeni vəzifəyə gətirildi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə Vаsif Talıbov təyin edilib. 46 yaşlı mütəxəssisə Famil Ağayev və Eldar Yusubov yardımçı olacaqlar. Onların ilk sınağı 7 - 12 yanvar 2020-ci ildə Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə təsadüf edəcək.

Qeyd edək ki, hər üç mütəxəssis qadınlar arasında keçirilən Azərbaycan Super Liqasında müvafiq olaraq, "Murov", "Azərreyl" və "Abşeron" komandalarının baş məşqçiləridir.

Qeyd edək ki, Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb.

Məşqçilik fəaliyətindəki nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət alıb və "Telekom" voleybol klubunun baş məşqçisi təyin edilib.

2014-cü ildə isə dəfələrlə Azərbaycan çempionu və klublar arasında dünya çempionatının qızıl medalçısı olmuş "Rabitə" klubunda baş məşqçi Zoran Qayiçın ikinci köməkçisi kimi çalışıb. 2017-2018-ci illərdə Talıbov Ukraynanın kişilərdən ibarət "Vinnitsa" voleybol komandasının baş məşqçisi olub.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Vətən müharibəsində itkin düşən 13 əsgər... - Foto

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Ən çox oxunanalar