Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Zabelin: "Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"

"Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı ölkədə siyasi və iqtisadi sabitlik şəraitində keçirilir"


“Report” xəbər verir ki, bu barədə qurultayda çıxışı zamanı ARİ sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.

“Vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı, bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb”, - o deyib.

Azərbaycanla Rusiya arasındakı əlaqələrdən danışan icma sədri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı sərmayələrin artdığını, əməkdaşlığın həm də humanitar, mədəni sahələrdə getdikcə gücləndiyini diqqətə çatdırıb.

“Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva şəhərinə səfəri, Rusiyanın ali mükafatına layiq görülməsi hər iki ölkənin prezidentləri tərəfindən dəstəklənən yüksək dostluq və qarşılıqlı etimadın əyani sübutudur”, - M.Zabelin vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan deputat rusların azərbaycanlı qardaşları ilə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşduqlarını və yenə vuruşmağa hazır olduqlarını, bir sıra rus vətəndaşlarının müxtəlif təltiflərə layiq görüldüyünü xatırladıb: “Rus icması Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal edən Ermənistanın şovinist və faşist rejimi barədə həqiqətləri Rusiyanın ictimaiyyətinə çatdırmağa öz töhfəsini verir”.

O, qarşıdan gələn 2020-ci ildə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü olacağını xatırladıb: "O zaman hamımızın birgə evi olmuş Sovet İttifaqı uğrunda qanını tökənləri, canından keçənləri bu gün Azərbaycanda ehtiramla yad edirlər”.

pia.az


Etiket: Mixail Zabelin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar