Şənbə, 18 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“MTRŞ-nın üzrü əməlindən betər oldu...” - Seyfulla Mustafayev

Seyfulla Mustafayev ANS ÇM radiostansiyasını müdafiə edən ziyalılara, media nümayəndələrinə təşəkkür edib...

“Milli Yayım Şurasının elə öz qərarımı dəyişdirmək qərarı barədə eşidəndə nədənsə Molla Nəsrəddinin “Üzrü əməlindən daha betərdir” məsəlini xatırladım. Problemin mahiyyətinə gəlincə, ilk növbədə bu, qanun pozuntusudur. Artıq elan edilmiş tenderin şərtləri, "oyun zamanı", yəni tender prosesi zamanı kiminsə qərarı ilə dəyişdirilə bilməz”.

Bu sözləri Çingiz Mustafayev adına radiostansiyanın banilərindən biri, Milli Qəhrəmanın qardaşı, jurnalist Seyfulla Mustafayev virtualaz.org-a açıqlamasında bildirib.

O qeyd edib ki, texniki mütəxəssislərin qeyd etdiyi kimi, 102.1 tezliyi əslində 102-ci tezliyi bloklayır və gələcəkdə Çingiz Mustafayev radiostansiyasının fəaliyyətini bərpa etməyi mümkünsüz edir: “Mənə elə gəlir ki, MTRŞ-nin qərarı ilk növbədə məhz bu hədəfi təqib edir. Bu da qəribədir. Orada başqa bir iş qalmır, Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın bərpasını necə mümkün etmək olar? Halbuki məlumdur, Azərbaycanda çox sayda boş tezliklər var. MTRŞ yeni radio stansiyaları açmaq üçün fürsət vermək istəyirsə, bayraq onların əlindədir, çox sayda boş radio tezliyi var, hamıya yer çatar. 102 FM tezliyi ətrafında bu təlaşı təşkil etmək nəyə lazım idi?!”

Seyfulla Mustafayev sonda ANS ÇM radiostansiyasını müdafiə edən ziyalılara, media nümayəndələrinə təşəkkür edib.

Xatırladaq ki, bu gün səhər saatlarında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan əfsanəvi ANS ÇM-102 FM radio stansiyasına məxsus 102.0 MHz tezliyinin 102.1 MHz-ə dəyişdirilə biləcəyini açıqlayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay