Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nəsimi ili" çərçivəsində Bakı metropolitenin “İçərişəhər” stansiyasında sərgi keçiriləcək

“Bakı Metropoliteni” QSC-dən məlumat verilib...

Hər zaman ənənəvi sosialyönümlü layihələrlə metro sərnişinlərini məlumatlandıran, xoş anlar bəxş edən, maarifləndirmə məqsədilə müxtəlif layihələr həyata keçirən “Bakı Metropoliteni” QSC daha bir layihəsi ilə qeyd edilənlərlə yanaşı, ölkəmiz üçün əhəmiyyətli məsələlərin ictimai mövzulardan birinə diqqət ayıraraq istedadlı gənclərin bacarığını nümayiş etdirməsinə şərait yaradıb.

"Report" bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, metropolitendə bu dəfə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin əsərlərindən ibarət sərgi keçiriləcək.

Azərbaycan xalqının çoxəsrlik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin canlandırıldığı 14 rəsm əsərinin nümayiş olunacağı sərgi dekabrın 16-da “İçərişəhər” stansiyasının vestibülündə başlanacaq.

Qeyd edək ki, rəsm əsərlərinin müəllifləri universitetin bu məsələlərdə xüsusi rol oynayan və ədəbi-bədii bacarığı olan tələbələrə dəstək verən yaradıcılıq mərkəzinin üzvləridir.

Sərgi zamanı həmçinin bu ali təhsil ocağının yaradıcılıq mərkəzinin daha bir fəal qrupu da öz istedadını nümayiş etdirəcək. Stansiyanın vestibülündə qrupun teatr truppasının Nəsimi yaradıcılığına həsr olunmuş səhnəciyindən bir fraqment numayiş olunacaq.

Bakı Metropoliteni” hər kəsi istedadlı gənclərin yaradıcılığı ilə tanış olmağa, onlara dəstək verməyə dəvət edir.

Xatırladaq ki, sərgi zamanı yaradıcı qrupun üzvləri maraqlanan tamaşaçılara tövsiyələrini verərək, master-klas da keçəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar