Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə seçkiləri ilə bağlı maraqlı rəqəmlər: Yaşı 20-dən aşağı olan 300 namizəd

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 23 dekabrda keçirilən bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib...

PİA.az-ın "Report"a istinadən xəbərinə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, Azərbaycanda digər regionlardan fərqli olaraq seçkilər elan olunduqdan sonra, ölkədəki stabil ictimai-siyasi mühit, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıq səviyyəsi və seçki administrasiyasının fəaliyyəti demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır: "Son illər Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, o cümlədən NATORusiyanın baş qərargah rəislərinin Azərbaycanda görüş keçirməsi də bundan xəbər verir" .

O bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı 1 noyabr - 13 dekabr 2019-cu ildə AVCİYA KİV-lərin monitorinqini həyata keçirib: "Noyabrda seçkilərlə bağlı 514 xəbər , dekabrın 1-dən indiyədək isə 325 xəbər dərc olunub. Monitorinq sübut edir ki, ümumiyyətlə noyabrda seçki xəbərləri xəbərlərin ümumi sayının 40,8% -ni, dekabrın 1-13-arasında isə 54,77 %-ni təşkil edib. Bu da seçkiyə KİV-lərin daha çox maraq göstərməsini sübut edir".

M.Zülfüqarlının sözlərinə görə, namizədlərin qeydə alınması ilə bağlı problem aşkarlanmayıb: "Namizədlərin 30 faizdən çoxu qadınlardır. Azərbaycanda keçirilən seçkilərdə qadın namizədlərin sayı getdikcə artır. Bundan başqa, yaşı 20-dən aşağı 300-dən namizəd qeydə alınıb".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar