Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Senatı erməni soyqırımının tanınmasını rəsmiləşdirdi - Türkiyə ilə strateji əməkdaşlıq bitəcək?    

Politoloq: “ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi”

ABŞ prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq etməsini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ilə bağlı səsvermə daha əvvəl üç senator tərəfindən bloklanmışdı.

Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb.

"Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur," deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.

1915 hadisələrini soyqırım olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu.

Senatdakı səsvermə Ağ Evin təşəbbüsü ilə 3 Respublikaçı senator tərəfindən əngəllənmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt Respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə Respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da Respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.

“Qətnaməni qəbul etmək üçün səsvermə keçirməkdən ötrü bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir," Senatdakı iclasda Respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu "həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət" adlandırıb.

ABŞ tərəfindən "erməni soyqırımı" tanınması Türkiyə-ABŞ münasibətlərində hansı yeni problemlər yarada bilər və bundan sonra tərəflərin qarşılıqlı olaraq strateji əməkdaşlığı bitirəcək addımları atmaları gözləninəndirmi? Həmçinin ABŞ tərəfindən "erməni soyqırımı"nın tanınması Azərbaycan-ABŞ münasibətlərinə təsir edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: ““Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz”.

ABŞ bu cür siyasəti ilə Türkiyəni sürətlə itirirdiyini düşünən politoloq bildirib ki, Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq:

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi. Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırım” qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, C-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi.

“Özləri çalıb, özləri oynayırlar” – bu sözlər Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana məxsusdur. Bugünə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul ediblər. Bu Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. ABŞ prezidenti Donald Tramp sənədi imzalaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə C-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətnindir.

Elxan Şahinoğlu: “Münaqişənin həlli ilə məşğulan olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs veriblər”.

Nə vaxtsa, hansısa ABŞ prezidenti erməni qətnaməsinə səs verəcək. ABŞ bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq.

“Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək ABŞ-a aid deyil, münaqişənin həlli ilə məşğulan olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs veriblər”.

Nərminə UMUDLU

pia.az


Etiket: Senat Qətnamə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar