Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu tura start verilib

UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib...

"Report"un məlumatına görə, Azərbaycanın təmsilçisi "Qarabağ" doğma meydanda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edib - 1:1. A qrupunun digər matçında növbəti mərhələyə yüksələn komandalardan APOEL Kiprdə İspaniya "Sevilya"sını məğlub edib - 1:0.

B qrupundakı nəticələrdən sonra "Kopenhagen" (Danimarka) və "Malmö" (İsveç) 1/16 finala vəsiqə qazanıb. Evdə İsveçrə "Luqano"su ilə bərabərə qalan (1:1) Ukrayna "Dinamo"su (Kiyev) qrupda qalıb.

İspaniya "Xetafe"si C qrupunda Rusiyanın "Krasnodar" komandasını 3:0 hesabı ilə üstələyib və mərhələ adlayıb. E qrupunda isə ÇFR (Rumıniya) istəyinə nail olub. F qrupunda isə "Arsenal" (İngiltərə) və "Ayntraxt" (Frankfurt, Almaniya) növbəti mərhələyə vəsiqə qazanıb.

Daha öncə 13 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Bunlar APOEL (Kipr), AZ (Hollandiya), "Bazel" (İsveçrə), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), LASK (Avstriya), "Mançester Yunayted", "Sevilya" (İspaniya), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə) komandalarıdır.

Digər 5 vəsiqənin sahibi isə son oyunlardan sonra bəlli olacaq.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

28 noyabr

A qrupu

21:55. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 1:1

21:55. APOEL (Kipr) - "Sevilya" (İspaniya) - 1:0

Xal durumu: "Sevilya" - 15, APOEL - 10, "Qarabağ" - 5, "Düdelanj" - 4.

B qrupu

21:55. "Kopenhagen" (Danimarka) - "Malmö" (İsveç) - 0:1

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Luqano" (İsveçrə) - 1:1

Xal durumu: "Malmö" - 11, "Kopenhagen" - 9, "Dinamo" - 7, "Luqano" - 3

C qrupu

21:55. "Bazel" (İsveçrə) - "Trabzonspor" (Türkiyə) - 2:0

21:55. "Xetafe" (İspaniya) - "Krasnodar" (Rusiya) - 3:0

Xal durumu: "Bazel" - 13, "Xetafe" - 12, "Krasnodar" - 9, "Trabzonspor" - 1.

D qrupu

21:55. LASK (Avstriya) - "Sportinq" (Portuqaliya) - 3:0

21:55. PSV (Hollandiya) - "Rusenborq" (Norveç) - 1:1

Xal durumu: LASK - 13, "Sportinq" - 12, PSV - 8, "Rusenborq" - 1

E qrupu

21:55. ÇFR (Rumıniya) - "Seltik" (Şotlandiya) - 2:0

21:55. "Renn" (Fransa) - "Latsio" (İtaliya) - 2:0

Xal durumu: "Seltik" - 13, ÇFR - 12, "Latsio" - 6, "Renn" - 4.

F qrupu

21:55. "Standard" (Belçika) - "Arsenal" (İngiltərə) - 2:2

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Gimaraynş" (Portuqaliya) - 2:3

Xal durumu: "Arsenal" - 11, "Ayntraxt" - 9, "Standard" - 8, "Gimaraynş" - 5.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar