Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Greenpeace rəhbəri BMT danışıqlarına buraxılmayıb

“Greenpeace International” təşkilatının icraçı direktoru Cennifer Morgan son 25 ildə ilk dəfə olaraq BMT-nin iqlim danışıqlarına buraxılmayıb...

 

Bu, qurumun baş katibinin çıxışı planlaşdırılan əsas zallardan birinin qarşısında oturaq aksiyadan sonra baş verib.

Dekabrın 11-də Morgan isveçli fəal Greta Tunberg ilə bir müzakirədə iştirak edib. Bundan sonra həmin zalın qarşısında etiraz aksiyası başlanıb və danışıqlar gedən zalların birinə girişə maneə yaranıb.

İki həftədir Madriddə BMT-nin sponsorluğu ilə iqlim danışıqları aparılır.

Təhlükəsizlik əməkdaşları etirazçıları uzaqlaşdısa da bundan sonra vətəndaş cəmiyyəti fəallarının binaya yenidən girməsi mümkün olmayıb. Morgan da onlardan biri idi.

“Etirazçılar kobudluqla, qətiyyətlə binadan çıxarıldı Mən geri qayıtmağa çalışanda gördüm ki, təhlükəsizlik əməkdaşları müşahidəçilərin girişini yasaqlayıb”, – o, “AFP”yə deyib.

Morgan etirazçılara qoşularaq zaldan çıxsa da, nümayişə qatılmayıb. O, illərdir qlobal istiləşməni məhdudlaşdırmağı hədəfləyən danışıqlarda iştirak edir.

Binaya təxminən 200 ətraf mühit fəalı buraxılmayıb.

Bəzi ölkələr və müşahidəçilər danışıqların aşağı tempdə getməsini tənqid edir, ətraf mühiti çirkləndirənlərin prosesi önləməyə çalışdığını deyirlər. (azadliq.org)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Greenpeace


loading...

Ən çox oxunanalar