Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavinindən direktorlara və təhsil şöbələrinin müdirlərinə - Xəbərdarlıq        

Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq...

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur: 

 “Bu müzakirələrin içərisində şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün biz, oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”.

M.Vəliyeva bildirib ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin ailəsi ilə birlikdə köçdükdə dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: 

“Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın”.

 pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar