Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlal İsayev: “Qonşu ölkədə bu qrip varsa, bizə də gəlib çıxa bilər”

Baş infeksionistdən “donuz qripi” ilə bağlı xəbərdarlıq...

Məlum olduğu kimi, bugünlərdə qonşu ölkə Gürcüstanda “donuz qripi” aşkarlanıb. Məlumata görə, Tiflisdə və Batumidə biri azyaşlı olmaqla, iki nəfər H1N1 virusuna yoluxub. İranda isə “donuz qripi” sentyabr ayından bu günə 81 nəfərin həyatına son qoyub.

Təbii ki, Azərbaycanla sərhəd olan ölkələrdə öldürücü virusun yayılması ölkəmizdə də narahatlıqla qarşılanıb. Ekspertlər bildirir ki, yaxın sərhəd ölkələrində bu virusun mövcud olması ölkəmiz üçün də qaçılmaz ola bilər.

Mövzu ilə bağlı Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, qonşu ölkədə bu qrip varsa, Azərbaycana da yayılma ehtimalı var: “Hər il soyuqların başlanması ilə bağlı virusların yayılması ehtimalı dəfələrlə yüksəlir. Eləcə də istər ”donuz qripi", istərsə də “quş qripi” kimi viruslar yayıla bilir. Əgər qonşu sərhədlərdə bu cür qriplər varsa, bizim ölkəyə də gəlib çıxa bilər. Bundan qorunmağa gəldikdə isə bu, özümüzdən çox asılıdır. Həm özümüz, həm də ətrafımızdakıları qorumalıyıq. Məsələn, dəfələrlə şahidi oluruq ki, kimsə xəstələnəndə o vəziyyətdə işə gedir və sairə. Həmçinin xəstə uşaqlar məktəbə, bağçaya göndərilir. Bu zaman ətrafdakı insanların hamısı virusa yoluxur. Ona görə də həm özümüz, həm ətrafdakılar virusun yayılmaması üçün çalışmalıyıq. Heç kəsin sığortası yoxdur ki, İrana və yaxud Gürcüstana getsin, amma virusa yoluxmasın. Və yaxud qonşu ölkələrdən gələn vətəndaş bu virusu aramızda yaya bilər.

Qrip var deyə insanlar Gürcüstan səfərindən qala bilməzlər. Amma əvvəlcədən həkimlə məsləhətləşmək, dərman preparatlarından istifadə etmək lazımdır. Bununla bağlı bir sirop var, onu suya qatıb, gün ərzində 5 dəfə buruna damcı ilə tökmək lazımdır. Bu müəyyən qədər insanı virusdan qoruya bilər. Əgər bu günə qədər qrip əleyhinə peyvənd vurulmayıbsa, bundan sonra vurulmasını məqsədəuyğun hesab etmirəm. Çünki bu peyvənd xəstəliyin yayılma mövsümündən 2-3 ay əvvəl vurulmalıdır ki, mövsümə qədər immunitet hazırlansın.

Beləliklə, respublikamızda bu virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməliyik, xəstə halda, müalicə almadan ictimaiyyətə çıxan insanlar bu cür virusa yoluxma və yoluxduqdan sonra da ağırlaşma ehtimalı çoxdur".

Baş infeksionist “donuz qripi”nin əlamətləri, təhlükəsi haqda da danışıb: “Qeyd edim ki, ”donuz qripi" adi qripdir və buna görə ajiotaj yaratmaq lazım deyil. Doğrudur, ümumiyyətlə, insanların qripdən ölmə ehtimalı var. Bütün qrip xəstəliklərinin ümumi bir əlamətləri olur. Belə ki, xəstəlik kəskin başlayır, üşütmə, temperatur artması müşahidə olunur. Bir-iki gündən sonra əlamətlər daha da kəskinləşir, iştahsızlıq, halsızlıq, sümük ağrıları baş verir. Qeyd edim ki, qrip insanı bir gündə yatağa sala bilir. Erkən dövrdə quru öskürəklə müşahidə oluna, daha sonra kəskinləşə bilir. Bu əlamətlər başqa xəstəliyin aktivləşməsi də ola bilər. Buna mütləq müayinədən sonra dəqiq diaqnoz vermək olar. Amma bütün qrip virusları ilə bağlı profilaktika, müalicə tədbirləri eyni istiqamətdə aparılır. Əgər qrip geniş, kütləvi hal alarsa, məktəblərin tətilə göndərilməsi zərurəti yaranır, dövlət ciddi tədbirlər görməyə başlayır. Qripi ağır keçirən əhali qrupu var, bunlar körpə uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi olanlar, yaşlı insanlardır. Onlar xəstəliyi ağır keçirirlər, çünki immun sistemi digər insanlarla müqayisədə çox zəif olur. İmmuniteti kifayət qədər yüksək olan, qidalanmasına diqqət edən, düzgün həyat tərzi keçirən insanlarda bu virus təhlükə törətmir və vaxtında qarşısını almaq olur.

Xəstəlikdən qorunmağın digər yollarından biri əhalinin çox sıx toplaşdığı ictimai yerlərdən uzaq olmaqdır. Təbii ki, insanların sıx olduğu yerdə mütləq ən azı bir nəfər xəstə olur.

Bəzən xəstəxanaya müraciət olunur ki, “qripəm”. Təbii ki, bu qrip olmasa da, 200-dən çox yoluxucu virus var, insanlar mövsümlə əlaqədar olaraq bu viruslara yoluxa bilirlər. Bir daha qeyd edirəm ki, bunlardan qorunmaq üçün lüzum gəlmədikcə ictimai yerlərə gedilməsin. Hətta gedəsi olsaq belə özümüzdə virus varsa, xəstəyiksə mütləq maskalardan istifadə etməliyik.

O cümlədən gigiyenik qaydalara əməl etməyimiz vacib şərtlərdən biridir. Mütləq gün ərzində bir neçə dəfə əllərimizi sabunla yumalıyıq.

Zərərli vərdişlərdən uzaq olmalıyıq ki, orqanizmimiz zəifləməsin. Məsələn, həddindən artıq alkoqol qəbul etmək, narkotiklərdən istifadə etmək, siqaret çəkmək və sairə. Bütün bunlar immuniteti zəiflədir. Həmçinin ərzaq əlavələri, o cümlədən energetik içkilər immun sistemini zəiflədir. Bütün bunlardan kənar olsaq orqanizmimizin immun sistemi güclü olar, xəstələnsək belə ağırlaşma ehtimalı az olar. Hələlik qriplə bağlı xəstəxanalara müraciət edənlərin sayı azdır. Amma artıq qış mövsümüdür və müraciət edənlərin sayında artım olacağı gözlənilir".

Cəlal İsayev onu da vurğuladı ki, keyfiyyətli qidalanma viruslara qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir:

“Aktiv vitaminlərlə zəngin olan meyvə-tərəvəzdən çox istifadə etməliyik. Təbii çaylardan istifadə etsinlər. Həmçinin sarımsaq, soğan, zəncəfildən də çox istifadə olunmalıdır. Beləliklə, nə qədər meyvə və tərəvəzdən nə qədər çox istifadə edəriksə, vitamin bazamız bir o qədər çox olar və orqanizm də viruslara qarşı davamlı olar.

Ümumiyyətlə, bütün xəstəliklərdən qorunmaq üçün müəyyən faktorlar var. Həmin faktorlar bunlardır - düzgün yuxu rejimimiz olmalıdır, oturaq həyat tərzindən uzaq olmalı, gün ərzində aktiv, fəal olmalıyıq, kompüter, televiziya qarşısında az zaman keçirməliyik, əsəb sistemimizi qorumalıyıq və qidamız kifayət qədər keyfiyyətli olmalıdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar