Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nə olsun? Burda nə var ki?"  - Ailəsindən 8 namizəd olan bələdiyyə sədri

"Mərdimazarlıq edirlər..."...

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ “ailə bələdiyyəsinə” çevrilə bilər.
ƏTRAFLI
Unimall.az
Məlumatda üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafael Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumunun qeydə alındığı göstərilib.

Məsələ ilə bağlı bələdiyyə sədri ilə əlaqə saxladıq. Rafael Cəfərov “Yeni Sabah”a açıqlamasında namizədliyini irəli sürənlərin hamısının qohumu olduğunu inkar edib:

“Namizədliyini irəli sürənlərin yarısı başqa-başqa insanlardlr. Sadəcə soyadları mənimki ilə eynidir. Düzdür, mənim ailəmdən də namizəd olanlar var. Nə olsun? Burda nə var ki? Bu qanunidir, biz heç bir qanunu pozmamışıq. Sadəcə olaraq namizədliyini verib, seçilməyib ki...

65 nəfər namizədin içərisində 4-5 nəfər bizim ailədən var. Namizəd olamaqda nə problem var axı? Sosial şəbəkələrdə yayılan siyahıda olanların yarısı heç bizim qohum deyil. Soyadları Cəfərovdur, yalandan yazırlar. Kiminsə soyadı Cəfərovdur deyə, o mənim qohumum olmalıdır?

Heç ordakı adamlarla əlaqəmiz yoxdur. Təsadüfi adamlardır, laborantdır, müəllimdir, heç tanımıram. Onlar arasında 4 nəfər bizim adam var, onlar da mənim qardaşlarımdır. Tanınmış adamlardırlar və 65 nəfər arasında namizədliklərini irəli sürüblər. Onların da seçilib-seçilməyəcəyi hələ sual altındadır. Kimə etimad göstərilir, kimə göstərilmir, bunu seçkilər göstərəcək. Kimsə mərdimazarlıq edir, kimsə qanunları bilmədən yazır, kimsə siyahıdakı adamları tanımadan yazır… Burada qeyri-qanuni və qəbahətli heç bir şey yoxdur”.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar