Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Qarabağ" "Düdelanj"ı qəbul edəcək

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq...

"Yeni Sabah" xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda oyuna çıxacaq. Bu Ağdam klubunun bu mövsüm turnirdəki son oyunudur.

"Qarabağ" Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı (Lüksemburq) qəbul edəcək. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyinə görə, bu qarşılaşma formal xarakter daşıyır.

"Ağ-göylər" Lüksemburqdakı matçda rəqibini 4:1 hesabı ilə məğlub etmişdi. "Qarabağ" bu dəfə də üç xal qazanmaqla turniri qələbə ilə başa vurmaq və ölkənin reytinq xalını artırmaq istəyir.

A qrupunun digər oyununda isə pley-offa vəsiqəni təmin edən APOEL və "Sevilya" üz-üzə gələcək. Matç kiprlilərin doğma meydanında keçiriləcək.

12 dekabr

UEFA Avropa Liqası

Qrup mərhələsi

6-cı tur

A qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

21:55. APOEL (Kipr) – “Sevilya” (İspaniya)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar