Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Trampın bütün yolları Moskvaya aparır” 

Prezidentə şok ittihamlar...

Ötən gün Konqresdə baş tutan dinləmələr və rus müdaxiləsi ilə bağlı aparılan araşdırma haqqında baş inspektorun təqdim etdiyi hesabat oxşar hadisələrdən bəhs edir.

Söhbət Donald TrampRusiyadan düşəndə hər şey bir-biri ilə əlaqəli olur. Ötən gün Kapitoli təpəsində baş verən iki böyük hadisədən çıxarılması gərəkən dərs budur. Birinci hadisə ABŞ prezidentinin impiçment məsələsi ilə bağlı Nümayəndələr Palatasının Ədliyyə Komitəsində keçirilən dinləmələr olub. İkinci isə Trampın seçki komandası ilə Rusiya hökuməti arasında əlaqə ilə bağlı FTB-nin apardığı araşdırma haqqında hesabat olub.

“The New York Times” birinci hadisənin 2016-cı il seçkilərinə, ikincinin isə 2020-ci il seçkilərinə aid olduğunu xatırladır. Hər ikisi eyni hadisə barədə müxtəlif versiyalar irəli sürür: Tramp prezident seçilmək üçün Rusiyanın müdaxiləsindən asılı olub və belə bir müdaxiləni müsbət qarşılayıb. O, 2016-cı ildə Rusiyanı rəqibinin elektron poçtunu “sındırmağa” dəvət edib. Və ruslar elə həmin gün bunu etməyə çalışıblar. Ancaq onda Tramp namizəd olub. İndi isə Tramp prezidentdir. Eyni nəticəyə nail olmaq üçün indi onun əlində böyük güc var.

İmpiçment imkanını yaradan ABŞ-ın banilərini narahat edən məhz bu cür sui-istifadə halları olub. Məhz bu səbəbdən Nümayəndələr Palatasındakı demokratlar proseduru bu qədər sürətlə irəlilədirlər. Onlar çalışırlar ki, 2020-ci il seçkiləri xarici qüvvə ilə gizli şəkildə anlaşan ABŞ prezidenti tərəfindən korrupsiyaya məruz qalmasın. “Növbəti seçkilər təhlükə altındadır. Bundan təcili heç nə ola bilməz”, - Ədliyyə Komitəsinin sədri, konqresmen Cerri Nadler bildirib.

Bazar ertəsi Ədliyyə və Kəşfiyyat komitələrində demokratların hüquqşünasları ətraflı hesabat təqdim ediblər. Həmin hesabatda Trampın bir ay ərzində Ukrayna lideri Vladimir Zelenskidən özü üçün siyasi mənfəət əldə etməyə çalışdığı göstərilib. Onlar ətraflı şəkildə izah ediblər ki, Amerika prezidenti ukraynalı həmkarı ilə Ağ Evdəki görüşünü təxirə salıb, həmçinin Konqresin Ukrayna ordusuna ayırdığı yüz milyonluq vacib hərbi yardımı dayandırıb. Bütün bunlar bir məqsəd üçün edilib: Ukrayna Trampın siyasi rəqibi Co Bayden və onun oğlu Hanter Baydenə qarşı araşdırma başlatsın, habelə 2016-cı ildə guya Ukraynanın Amerika seçkilərinə müdaxiləsi bağlı yayılan məlumatı araşdırsın.

Bu kimin xeyrinədir? İkinci dəfə prezident postuna iddialı olan və bu yolda Baydenin təhlükə kəsb etdiyinə inanan Trampa yoxsa illərdir ABŞ seçkilərinə müdaxilənin günahını Ukraynanın üstünə yıxmağa çalışan Vladimir Putinə? Rusiya prezidenti ABŞ-ın kəşfiyyat idarələrində çalışan ciddi insanları aldada bilməyib. Onlar müəyyənləşdiriblər ki, Rusiya hökuməti Trampa kömək etmək üçün seçki prosesinə təsir göstərib. Amma Putin Konqresdəki respublikaçıları aldada bilib. Onlar Amerika mətbuatında yayımlanan rus təbliğatını israrla təkrar edirlər. (Tərcümə: xarici pressa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Tramp


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay