Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Hava limanından istifadəyə yararlı silah keçirmək istədilər

Hava limanında İstanbuldan Bakıya gələn şəxsdən istifadəyə yararlı sursat tapılıb...

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) PİA.az-a verilən məluamata görə, İstanbul-Bakı aviareysi ilə gələn sərnişinin baqajı rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Vətəndaş baqajını götürüb getmək istəyərkən saxlanılıb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı ona məxsus çemodanın içərisindəki montun cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron, şifahi və yazılı formada bəyan olunmayan 12 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. (APA)

pia.az

 

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay