ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb...
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, ABŞ dövlət başçısı ilə Rusiyanın xarici siyasət rəhbəri arasındakı görüş 45-50 dəqiqə davam edib. Tərəflərin hansı məsələləri müzakirə etmələri barədə məlumat verilmir.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı görüşdən sonra onu gözləyən jurnalistlərə əl edib, amma onların suallarına cavab verməyib.
pia.az