Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Süleymanova yeni işindən danışdı - “Əhvalım da yaxşıdır”  

Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb...

Yeni işi barədə Modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:

“AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 1950-ci ildən çalışıram. Sadəcə olaraq baş elmi işçi vəzifəsində yarımştat kimi işləmişəm, indi isə tam ştata keçmişəm”. İlk müvəkkil əhvalının yaxşı olduğunu da qeyd edib: “AMEA mənə yad yer deyil. İşimi burda davam etdirəcəm Hər şey qaydasındadır. Mənimlə maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm”.

E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərib, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1967-ci ildə kimya elmləri namizədi, 1980-ci ildə elmlər doktoru elmi dərəcələri alıb, 1982-ci ildə isə professor seçilib.

1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın Ombudsmanı olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar