Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fərqanə Qasımovanın “Nəva” muğamı Fransada -Video

Əməkdar artist, xanəndə Fərqanə Qasımova hazırda Parisdə qastroldadır...

Axşam.az xəbər verir ki, sənətçi paytaxtın “Alliance Francaise” Teatrında çıxışa imza atıb.

Anşlaqla keçən konsertin ən yadda qalan məqamı F.Qasımovanın bir neçə il öncə yenidən səhnəyə qaytardığı Nəva muğamını ifa etməsi olub.

“Nəvanı burada səsləndirdim və tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qadanım olmadı” deyə, xanəndə təəssüratlarını bölüşüb.

Xatırladaq ki, "Nəva" Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmirdi. Xanəndə 2015-ci ildə sözügedən muğama müraciət edərkən onu yenidən yada salıb.

Onu da qeyd edək ki, F.Qasımovanın səfəri davam edir. O, 11 dekabr tarixində Brest şəhərində master klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək. 12 dekabr isə elə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək. Sənətçini Rauf İslamov, Zəki Vəliyev və Cavidan Nəbiyev müşayiət edirlər.

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar