Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

102,0 FM  "sevdası"- Mirşahin də Mustafayevlərin mübarizəsinə qoşuldu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb...

“Ümumrespublika radio kanalının açılması üçün 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb.

Hələlik hansı şirkətin radio üçün lisenziya alacağı dəqiq deyil”. Bunu Modern.az-a MTRŞ Aparatının rəhbəri Asəf Hacıyev söyləyib.

O qeyd edib ki, 102,0 FM radio tezliyinin satılması haqqında mətbuatda yayılanlar həqiqəti əks etdirmir:“Elan olunmuş müsabiqə dekabr ayının 12-də bitəcək. Sənəd qəbulu üçün hələ 2 gün də vaxt var. Müsabiqənin şərtlərinə görə, hansı şirkət qalib gələrsə, radio tezliyinin lisenziyası ona veriləcək”.

A.Hacıyev müsabiqəyə müraciət edən şirkətləri də açıqlayıb:“Seyfulla Mustafayevin və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin “Balans Studiyası”, Seyfulla Mustafayevin “İNS ÇM” MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi” MMC şirkətləri və “TV Media Azərbaycan” adlı digər bir şirkət hazırda müsabiqə üçün müraciət edənlər sırasındadır. Amma qeyd etdiyim kimi, müsabiqənin bitməsinə hələ iki gün vaxt var. Müraciət edənlərin siyahısı arta bilər”.

Virtualaz.org-a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü Mirşahinlə yanaşı APA media holdinq də müraciət edib.

Qeyd edək ki, noyabrın 12-də Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Belə ki, 102,0 MHz tezliyi üçün müsabiqə BakıAbşeron ərazisində noyabrın 12-də başlayıb və dekabrın 12-dək davam edəcək. Müsabiqəyə çıxarılan həmin 102,0 MHz bağlanan ANS ÇM radiosunun tezliyi olub.

Onu da qeyd edək ki, əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.

pia.az


Etiket: 102 Fm ANS

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar