Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

AVRO-2020-yə həsr olunan seminar başlayıb

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında AVRO-2020-yə ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün seminar başlayıb...

Apasport.az saytının məlumatına görə, tədbirdə Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun üzvləri də iştirak edir.

Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir.

Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AVRO-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün də seminar təşkil olunacaq. Tədbirdə Bakı Olimpiya Stadionunun rəhbərliyi və Əməliyyat Qrupunun nümayəndələri iştirak edəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: AVRO-2020


loading...

Ən çox oxunanalar