Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Parlamentə yeni simaların daxil olmasına icazə veriləcəksə...” - Sərdar Cəlaloğlu

ADP sədri: “Artıq partiyamız Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak edəcək ilk namizədlərini təyin edib”

“Əgər növbədənkənar parlament seçkiləri şəffaf keçiriləcəksə və Parlamentə yeni-yeni simaların daxil olmasına icazə veriləcəksə, ölkədə az da olsa, nələrinsə dəyişməsini gözləmək olar”.

Bu söləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisə keçirilən növbədənkənar seçkilərdən gözləntilərini PİA.az- şərh edərkən qeyd edib.

Məlumdur ki, keçən ay YAP-ın Siyasi Şurasının təcili iclası keçirildi. İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul etdi və Konstitusiya Məhkəməsinin rəyinə əsasən prezident İlham Əliyev 2020-ci il fevralın 9-na növbədənkənar seçkilər təyin elədi.

Siyasi partiyaların bu növbədənkənar seçkilərdən gözləntilər nədir? Həmçinin seçkilərdən sonra Azərbaycanda siyasi və sosial-iqtisadi anlamda hansı dəyişiklikləri gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğluna müraciət edib.

Sərdar Cəlaloğlu: “Parlamentdə müxalifətə və başqa yeni simalara yer verilsə, ölkədə nələrinsə dəyişdiyini görmək mümkün olacaq”.

Artıq partiyalarının Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak edəcək ilk namizədlərini təyin etdiyini açıqlayan ADP sədri seçkilərdə müxalifətin birləşib iştirak etmək istəyində olduğunu da bildirib:

“Artıq partiyamız Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə iştirak edəcək ilk namizədlərini təyin edib. Dünən ADP İdarə Heyətinin toplantısı keçirildi və bu toplantıda partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun olduğunu qərara alındı.

Mən istərdim ki, növbədənkənar parlament seçkilərində müxalifət birləşib iştirak etsin. Amma bu mümkün olmadı. Parlament seçkilərində ölkədəki müxalif partiyalar ayrı-ayrılıqda namizədlərini irəli sürəcəklər.

Əgər növbədənkənar parlament seçkiləri şəffaf keçiriləcəksə və Parlamentə yeni-yeni simaların daxil olmasına icazə veriləcəksə, ölkədə az da olsa, nələrinsə dəyişməsini gözləmək olar. Yəni parlament seçkilərindən sonra ölkədə köklü dəyişikliklərin olmasını gözləmirəm. Ancaq bir daha qeyd edim ki, parlamentdə müxalifətə və başqa yeni simalara yer verilsə, ölkədə nələrinsə dəyişdiyini görmək mümkün olacaq”.

Nərminə UMUDLU
pia.az

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar