Şənbə, 28 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

“Bakcell” şirkəti 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində təqdim etdiyi stendə görə “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb...

Şirkətdən verilən məlumata görə, sertifikat “BakuTel-2019” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) tərəfindən təqdim edilib.

Şirkət öz ənənəsinə sadiq qalaraq stendində Azərbaycanın ən böyük mobil şəbəkəsini və ən sürətli mobil internet xidmətini, özünün son nailiyyətlərini nümayiş etdirib, həmçinin bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edib. Bundan əlavə, “Bakcell” öz stendində şirkət üçün yeni ayrılan “099” prefiksinin də yaxın gələcəkdə istifadəyə veriləcəyini elan edib.

“Bakutel sərgisi şirkətimizin şəbəkəsinin üstünlüklərini nümayiş etdirmək üçün əla fürsət yaradıb. Bu il beynəlxalq nüfuza malik olan “Ookla” şirkəti növbəti dəfə “Bakcell” şirkətini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb. Mobil operator abunəçisi üçün ən vacib olan məsələ şəbəkənin keyfiyyəti və sürətidir. Biz isə bu sahədə üstünlüyümüzü praktiki şəkildə ardıcıl olaraq 3-cü dəfə sübut etmişik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Belə ki, Bakutel 2019 ərzində “Bakcell” stendinə gəlmiş minlərlə qonaq “Bakcell” şəbəkəsinin üstünlüyü və ölkənin telekommunikasiya bazarında ilk və ən reytinqli virtual müştəri xidmətləri aləti olan “Mənim Bakcellim” mobil tətbiqetməsinin yenilikləri ilə tanış olub, Azərbaycan gəncləri üçün yeni imkanlar yaradan “AppLab” startap inkubasiya proqramı barədə məlumat almaq və hədiyyələr qazanmaq üçün “Ulduzum” loyallıq proqramının oyunu, lotereyalar və digər oyunlarda iştirak etmək imkanını qazanıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Koronavirus haqqında danışanlar həbs ediləcək – Qadağa

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İlham İsmayıl: “Bu, bir qorxu psixologiyasıdır”

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - Rəsmi

Koronaya yoluxan Consonu müşaviri qaçaraq tərk etdi - Video

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

Geyim əşyaları da virus daşıyıcısı ola bilər - Video

Nərimanov rayonunda karantin rejimindən istifadə edib ağacları kəsdilər - Fotolar

loading...

Ən çox oxunanalar