Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov “Bir günlük xəlifə”dən yazdı

Sabiq Baş Nazir, Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Novruz Məmmədov sosial şəbəkədi səhifəsini aktivləşdirib...

N.Məmmədov yeni işi ilə bağlı status da paylaşıb.

“Bu həftənin ilk iş gününün birinci yarısı iki tədbirlə başladı. Rektoratın iclasında Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi geniş müzakirə edilərək qərar qəbul edildi. Rektoratın ikinci məsələsi “Bir günlük xəlifə “ günü idi. Respublikada yalnız Azərbaycan Dillər Universitetində bir neçə ildir həyata keçirilən bu tədbir gün ərzində Universitetin idarəçiliyini tələbələrin öz toplantılarında seçdikləri namizədlərin ixtiyarına verir. Belə bir günün həm namizədlər, həm də tələbələr üçün tarixi bir gün olduğunu nəzərə alsaq, onların formalaşmasında nə qədər böyük əhəmiyyət daşıdığını təsəvvür etmək çətin deyil. İkinci tədbir, “Səfir saatı” tədbiri isə artıq iki ildir ki, keçirilir. Bu tədbir zamanı tələbələr ilə birlikdə Universitetə dəvət olunmuş bir səfirlə görüş keçirir, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin vəziyyəti və perspektivləri ətrafında söhbət edirlər. Hər ay tələbə kollektivinin bir səfirlə, bu dəfə isə İtaliyanın Azərbaycanda akreditə olunmuş səfiri cənab Augusto Massari ilə görüşünə imkan yaradan bu tədbirin çox faydalı və əhəmiyyətli olmasına şübhə yoxdur”.

Qeyd edək ki, 2 ay öncə Baş Nazir vəzifəsindən istefa verən Novruz Məmmədov daha sonra Azərbaycan Dillər Universitetinə prorektor təyin edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar