Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Fazil Məmmədovdan yeni xəbər var

Uzun müddətdir xəstəliyilə gündəmdə olan, hətta bu ilin fevralında “öldü” xəbəri yayılan sabiq Vergilər naziri Fazil Məmmədov sözün əsl mənasında əzrayıla “qalib” gəlib...

Bu mənada ki, aparılan çoxsaylı müayinə və müalicələr öz effektini verib, keçmiş nazir əvvəlki həyatını öz axarı ilə yaşamaqda davam edir.

PİA.az xəbər verir ki, Gəncədəki mənbənin Modern.az-a bildirdiyinə görə, F.Məmmədov mütəmadi olaraq Gəncə Beynəlxalq Xəstəxanasında olur, müayinələrdən keçir. Amma hazırda sağlamlığı tam olaraq yaxşıdır, Bakıda öz biznesilə məşğuldur.

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-Vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilmişdi. Vəziyyəti ağırlaşan F.Məmmədov daha sonra Almaniyanın “Heidelberg” xəstəxanasında mədə əməliyyatı keçirmişdi.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar