Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıqabul Sənaye Məhəlləsində yeni zavodun təməli qoyulub

Hacıqabul Sənaye Məhəlləsində Rusiya kapitallı "Penopleks SPB" şirkətinin İzolyasiya Materiallarının İstehsalı zavodunun təməlqoyma mərasimi keçirilib...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mərasimdə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Rusiya İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, yeni tikiləcək zavodun fəaliyyət istiqaməti polimer əsaslı istilik və su izolyasiyası, eləcə də dekorativ-tətbiqi materialların istehsalıdır.

Məhsulları penapolistroldan hazırlanan istilik izolyasiya plitələri, ekstruziya izolyasiyası, və dekorativ - tətbiqi materiallar, ümumi təyinatlı polistrollardır.

Zavodun illik istehsal gücü 3 milyon kub/metrdir. Belə zavodlardan 8-i Rusiyada, 1-i Qazaxıstanda, 1-i isə Özbəkistanda fəaliyyət göstərir.

Növbəti zavod Azərbaycanda inşa edilir. Zavod işə düşdükdən sonra 1700 nəfər işlə təmin olunacaq.

Nazir müavinləri təməlqoymadan sonra sənaye məhəlləsində QAZ zavodunun tikintisinin gedişi ilə tanış olublar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar