Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Qondarma “erməni soyqırımı” yad edildi - Tbilisidə erməni təxribatı

Ermənistan nümayəndə heyəti Avronest PA-nın sessiyasında təxribat törədib...

Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb.

“Report”un yerli bürosu xəbər verir ki, toplantıda Ermənistan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı “Dağlıq Qarabağ xalqı” və “Artsax” ifadələri işlədib.

Qondarma “erməni soyqırımı”nı da qeyd edən ermənistanlı deputat sessiya iştirakçılarından törədilmiş bütün soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Ermənistan deputatının bu müraciətindən sonra yalnız bir neçə deputat ayağa qalxıb. Ermənistan nümayəndə heyətinin rəhbəri tribunanı tərk edəndən sonra Rumıniyadan olan nümayəndə onun xahişini bir daha səsləndirib. Bundan sonra sessiya iştirakçıları ayağa qalxıb.

Sessiyada çıxış edən Milli Məclisin üzvü Tahir Mirkişili soyqırım qurbanlarının anılmasını müsbət qiymətləndirib. O, Ermənistan silahlı birləşmələrinin Xocalıda da soyqırım törətdiklərini toplantı işirakçılarının diqqətinə çatdırıb.

Deputat həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinə dəstək göstərməyə çağırıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar