Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Partapartın qarşısı alınmalıdır” — Tanınmış vəkildən müraciət

Tanınmış vəkil DİN Naziri və DGK sədrinə müraciət etdi...

Tanınmış vəkil Əkrəm Həsənov Yeni il bayramı ərəfəsində pirotexniki məmulatların ölkəyə gətirilməsinin və satılmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi üçün Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət ünvanlayıb.

Demokrat.az xəbər verir ki, Ə.Həsənov qeyd edib ki, hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır:

“Hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır. Nəticədə yaralananlar və psixoloji sarsıntı keçirənlər olur, o cümlədən körpələr, xəstələr və qocalar arasında. Pirotexnika hətta liftlərdə də partladılır və nəticədə onlar sıradan çıxır. Başqa mənfi nəticələr də olur. Partapart əsnasında hər hansı cinayət törədilsə, heç eşidilməyəcək də! Halbuki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 9-cu maddəsinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır. Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? Şəhər və rayonlarda polisin gözü qabağında sərbəst şəkildə necə satılır?”

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar