Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Putinlə Zelenski görüşür

Görüşdə Merkel və Makron da iştirak edəcək...

Bu gün - dekabrın 9-da Ukrayna və Rusiya prezidentlərinin çoxdan gözlənilən görüşü baş tutmalıdır. Görüşdə məqsəd Ukraynanın şərqində 2014-cü ildən davam edən, 13 mindən çox adamın həyatına son qoymuş münaqişənin həlli yollarını müzakirə etməkdir.

PİA.az “azadliq.org”-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Kansleri Angela Merkelin də qatılacağı gözlənir. Bu, Normandiya Formatında danışıqlar adlanır.

Xatırladaq ki, Ukrayna və Rusiya liderləri 2016-cı ildən bəri ilk dəfədir bir araya gəlir. Zelenski apreldə prezident seçilib və Putinlə ilk görüşüdür. Moskva Ukraynanın şərqində separatçılara dəstək vermədiyini desə də, indiyədək belə bir hərbi, iqtisadi və siyasi dəstəyə əsaslı dəlil ortaya qoyulub. Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ilin noyabrında qərar çıxarıb ki, Ukraynanın şərqindəki müharibə “Ukrayna və Rusiya Federasiya arasında beynəlxalq silahlı münaqişədir”. Bu münaqişədə indiyədək 13 mindən çox adam ölüb.

Danışıqlar öncəsi Kreml Kiyevə təzyiq göstərməyə çalışıb, Donbasda dəstəklədiyi separatçıların əlində olan torpaqdan təzyiq vasitəsi kimi istifadə edib. Ukrayna prezidenti isə bu arada həm sülhə doğru proqresdən yararlanmalı, həm də Moskvaya təslim olurmuş kimi görünməməlidir.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dekabrın 6-da deyib ki, Moskva “münaqişənin həllinə kömək edəcək əlavə razılaşmalar” gözləyir.

Onun sözlərinə görə, Moskva “Minsk razılaşmalarında nəzərdə tutulduğu kimi, Donbasda əhalinin təhlükəsizliyini, onların hüquqlarını həqiqətən təmin etməyə, bu münaqişəni dayandırmağa” çalışır.

Minsk razılaşmaları 2014 və 2015-ci illərdə Belarusun paytaxtında əldə olunub. Bu sənədlər atəşkəsi, ağır texnikanın çıxarılmasını, Kiyevin Ukrayna sərhədlərinə nəzarətinin bərpasını, separatçıların əlində olan ərazilər üçün xüsusi status, həmin ərazidə seçki keçirilməsini nəzərdə tutur.

Ancaq indiyədək razılaşma tam yerinə yetirilməyib.

pia.az


Etiket: Putin Zelenski

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar