Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev Parisi növbəti dəfə “partlada” bilər...

Makronun intiqam cəhdi Trampı qəzəbləndirib...

Prezident E.Makronun ABŞ-ın Fransaya qarşı “sarı jiletlilər” avantürasının intiqamını almaq cəhdi həm ona, həm də ümumiyyətlə Fransaya baha başa gələ bilər

ABŞ-Fransa münasibətlərinin yaxın aylarda yenidən gərginləşə biləcəyi ehtimal olunur. Üstəlik, bu dəfə iki dövlət arasındakı qarşıdurmanın daha sərt və böhranlı məzmun ala biləcəyi də istisna deyil.

Məsələ ondadır ki, bir neçə gün öncə dünyanın dörd nəhəng dövlətinin liderləri – Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Boris Conson, Almaniyanın kansleri Angela Merkel və Fransanın prezidenti Emmanuel Makron arasında olduqca önəmli görüş keçirilib. Və Parisdə keçirilən bu görüşdə dünyanın əsas problemlərindən sayılan Suriya böhranının həll yolları yeganə müzakirə mövzusu olub.

Maraqlıdır ki, Suriya böhranı ilə bağlı proseslərdə əsas oyunçu rolunda məhz ABŞ çıxış edir. Hətta bu böhranın yaradıcı müəlliflik rolu da Ağ Evə məxsusdur.

Amma qəribə də olsa, məhz Suriya böhranının həll yollarının müzakirəsi ilə bağlı toplantıya ABŞ prezidenti Donald Tramp dəvət edilməyib. Yəni böhranın ssenari müəllifi olan ABŞ onun nizamlanmsını hədəfləyən görüşdən kənarda saxlanılıb.

Bunu ABŞ-ın Suriya plasdarmında oyundankənar vəziyyətə salınması kimi də dəyərləndirmək mümkündür. Hər halda, dünyanın əsas supergücü sayılan ABŞ hətta Ağ Evə birbaşa aidiyyatı olmayan problemlərin həlli prosesində belə, ön planda yer alır. Ağ Evin mövqeyi həlledici xarakter daşıyır.

Ancaq bu dəfə Ağ Evə “gözdağı” verdilər. ABŞ-ın birbaşa hegemon iradəyə sahib olduğu və xüsusi hərbi-siyasi, maliyyə iqtisadi maraqları çarpazlaşan bir böhranın həllində prezident D.Trampın mövqeyini dinləməyi lazım bilmədilər. Bu, ABŞ-ın beynəlxalq jandarm imicinə sarsıdıcı zərbədir.

İndi hər kəsi ciddi şəkildə maraqlandıran daha bir önəmli məqam var. Belə ki, ABŞ-ın bu sarsıdıcı zərbəyə hansı reaksiyası ilə qarşılıq verə biləcəyi kifayət qədər düşündürücü mövzudur. Və ABŞ-ın mütləq qarşılıq verəcəyinə isə heç kim şübhə etmir.

Hər halda, Ağ Ev ABŞ-ın beynəlxalq imicinə olduqca həssas yanaşır. Və bu imicə istənilən sayğısızlıq ABŞ-ı ciddi şəkildə qıcıqlanır. Ardıncasa, bunu edənlərə “yerlərinin göstərilməsi” üçün müəyyən “ağıllandırıcı” addımlar atılır.

Hələliksə, ABŞ prezidenti D.Tramp dörd dövlət liderinin toplantısına rişxənd etməklə kifayətlənib. Belə ki, Ağ Ev sahibi özünün tvitter hesabında toplantıya qatılan dörd dövlət liderinin birgə fotosunu paylaşaraq, “İki türk, bir alman, bir fransız” şərhini yazıb.

O, “iki türk” yazarkən böyük ehtimalla Türkiyə prezidenti R.T.Ərdoğanı və Böyük Britaniya baş naziri B.Consonu nəzərdə tutub. Çünki B.Consunun özünün də təkzib etmədiyi bəzi iddialarda onun babasının türk mənşəli olduğu vurğulanır.

Göründüyü kimi, Ağ Ev sahibi ABŞ-a qarşı sayğısız davranışa qətiyyən biganə deyil. Bu isə o deməkdir ki, yaxın vaxtlarda ABŞ-dan ciddi əks-reaksiyanın gözlənilməsi qətiyyən yersiz deyil. Və Ağ Ev belə reaksiyaların verilməsində mahir olduğunu isə dəfələrlə sübut edib.

Məsələ ondadır ki, vaxtilə Ağ Ev həddini aşan Fransanı sərt şəkildə cəzalandırmışdı. Belə ki, Fransa prezidenti bir neçə beynəlxalq toplantıda yeni Avropa ordusunun yaradılması ideyasını gündəmə gətirmişdi. Bu azmış kimi prezident E.Makron bu ideyasını Ağ Ev sahibi D.Trampın da iştirak etdiyi bir beynəlxalq sammitdə daha əhatəli şəkildə təkrarlamaqdan özünü saxlaya bilməmişdi.

Nəticədə bundan sonra “yer, yerindən oynamışdı”. Belə ki, Fransa prezidentinin bu ideya ilə məhz ABŞ-ın patronajlığı altında olan NATO-nun dağıdılmasını hədəflədiyindən narahatlıq keçirən Ağ Ev sahibi əvvəlcə fransız həmkarının özündən yaşlı arvadının hesabına siyasi uğurlar qazandığına eyham vurmuşdu.

Ardıncasa, Fransaya NATO üzvlüyü ilə bağlı borclarını ən qısa zamanda ödəməyi məsləhət görmüşdü. Bununla da yetinməyən D.Tramp növbəti açıqlamasında aşağılayıcı şəkildə “İndi bəziləri NATO-ya alternativ Avropa ordusu yaratmaq ideyasını tez-tez gündəmə gətirirlər. Ancaq unudurlar ki, əgər, biz olmasaydıq, indi Avropada hər kəs alman dilində danışacaqdı” deyə vurğulamışdı.

Halbuki Ağ Ev heç bütün bunlarla da sakitləşməmişdi. Və çox tezliklə sözdən birbaşa işə keçmişdi. Belə ki, D.Trampın Fransanın əsl sahiblərinin kimlər olduğunu istənilən vaxt hər kəsə göstərə biləcəklərinə eyham vurmasından sonra paytaxt Parisin küçələrində “hərəkətli günlər” start götürmüşdü.

Belə ki, həmin eyhamdan keçən qısa zaman içərisində əvvəlcə paytaxt Paris, daha sonrasa bütün ölkə “sarı jiletlilər” böhranıyla qarşı-qarşıya qalmışdı. Və Parisin küçələrində barrikadalar qurulmuşdu, polislə “sarı jiletlilər” arasında toqquşmalar baş vermişdi. Paxtaxtın küçə və meydanları əsl savaş məkanına çevrilmişdi.

Ən pisi də odur ki, Paris küçələrində toqquşmalar sürərkən “Fransada baş verənlər mənim bu ölkədə elektoratımın olduğunu və çox rahatlıqla prezident belə, seçilə biləcəyimi göstərir” iddiasıyla Makron hakimiyyətini aşağılamaq üçün yararlandığı “sarı jiletlilər” böhranı hələ də tam olaraq, zərərsizləşdirilmiş deyil. Yəni “sarı jiletlilər”in etiraz aksiyaları əvvəlki kimi intensiv şəkildə olmasa da, hər halda vaxtaşırı müşahidə edilməkdədir.

Bəzi iddialara görə, dörd dövlət liderinin Paris toplantısına cavab olaraq, Fransada məhz “sarı jiletlilər” hərəkatının yenidən aktivləşdirilə biləcəyi ilə bağlı ehtimal tamamilə realdır. Və bu isə o deməkdir ki, Ağ Ev Parisi növbəti dəfə “partlada” bilər.

Ən azından ona görə ki, dörd dövlət başçısının toplantısının keçirilməsi ideyasının əsas müəllifi məhz Fransa prezidenti E.Makron sayılır. Eyni zamanda, toplantının əsas müzakirə mövzusu kimi Suriya böhranının seçilərək, ABŞ-ın dəvətsiz buraxılıb, oyundankənar vəziyyətə salınması cəhdi də Fransa prezidentinin “ayağına yazılır”.

Hesab olunur ki, prezident E.Makron bu təşəbbüsü ilə ABŞ-ın Fransaya qarşı “sarı jiletlilər” avantürasının intiqamını almaq istəyib. Ancaq bəzi ehtimalları nəzərə aldıqda, bu intiqam cəhdinin həm prezident E.Makrona, həm də ümumiyyətlə Fransaya baha başa gələ biləcəyi də qətiyyən istisna deyil. Bunun belə olub-olmayacağı isə yəqin ki, ən yaxın günlərdə aydınlaşmağa başlayacaq.

pia.az


Etiket: ABŞ Fransa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar