Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Spikerə başmaq atan mühafizəkarlar niyə belə sevincəkdir?..

Laricaninin seçkidən kənarlaşması islahatçı cinahda qorxu yaradıb...

Sərbas Nəzəri

“Əl-Monitor”, 06.12.2019

Həftələrdir İran parlamentinin spikeri Əli Laricaninin yenidən seçilib-seçilməməsi barədə müzakirələr aparılır, növbənöv fərziyyələr dolaşırdı. Nəhayət, noyabrın 30-da o, rəsmi olaraq fevralın 21-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini bəyan edib.

Laricani 11 ildir spikerdir və onun qərarı İranın növbəti prezidenti olacağına dair nəzəriyyələri gücləndirmişdi. Ancaq bu fərziyyələrin ömrü cəmi 1 gün oldu: “Açıq şəkildə deyirəm, mənim 2021-ci il prezident seçkisinə dair heç bir planım yoxdur”.

Diplomatik dili və atmacalı ifadələri ilə tanınan adamın ikinci, sadə açıqlaması da çoxlarını inandırmayıb. Laricani parlamentlə vidalaşmaq qərarına ciddi yanaşsa da, onun prezidentliyə hələ tam şəkildə “yox” demədiyi iddia edilir.

Həqiqətən, 2005-ci ildə uğursuz olmasına baxmayaraq, o bu vəzifəyə namizəd olub. “O, kartlarını əvvəlcədən göstərən siyasətçilərdən deyil”, – deyə islahatçı gündəlik “Şərq” bununla bağlı yazıb.

Laricani 30 ildən çoxdur ki, İranın ən yüksək qərarqəbuledici dairələrində və üst eşelonlarında yaxşı mövqedədir, Ali Milli Təhlükəsizlik Şurasının katibi və nüvə proqramına görə Qərblə az qala açıq qarşıdurma həddində olduğu dövrdə (2005-2007) İranın baş müzakirəçi olub.

Mühafizəkar düşərgədə “doğulsa” da, 62 yaşlı spiker son illərdə mötədil siyasətçi kimi tanınmağa başlayıb. Həsən Ruhaninin 2013-cü ildə prezident seçilməsi ilə Laricani və sərt tənzimçilər arasındakı qırılma xətləri də aydınlaşmağa başlayıb, çünki o, islahatçı prezidentlə son dərəcə yaxınlıq nümayiş etdirib. Bir vaxtlar Laricanidən qürur duyanlar, ona ayaqqabı atıblar, o cümlədən nitqinin yarımçıq qaldığı Qum şəhərində çıxışı zamanı.

Keçmiş mühafizəkar millət vəkili Bijən Nobavə deyib: “Namizədliyini irəli sürməmək qərarı inqilab düşərgə üçün ilahi bir nemətdir. Onun yoxluğu səmərəli Məclis qurmağa imkan verəcək”. Nobavə Laricanini mühafizəkar düşərgə üzvləri arasına paz soxmaqda ittiham edib.

Spikerin keçmiş tərəfdarlarından ayrılması 2015-ci ilin oktyabrında daha aydın görünüb. Parlament sərt tənzimçilərin ifrat nəzarəti altında ikən, nüvə sazişi haqqında qanunu qəbul edilib. Qərbə güzəştləri pisləyən mühafizəkar düşərgə Laricanini səlahiyyətlərindən sui-istifadədə və deputatları 20 dəqiqəlik qısa müddətdə sazişi ratifikasiya etməyə məcbur etməkdə günahlandırıb.

O vaxtdan bəri ultra-mühafizəkarların fəsahətli natiqdən incikliyi azalmayıb. Məclislə vidalaşacağını elan etməsindən bir neçə həftə əvvəl onun seçki dairəsindəki mühafizəkar siyasətçilər ittifaqı Laricanini qarşıdakı parlamentə təklif olunan namizədlər siyahısından çıxarıb. Alyansın sözçüsü Möhsün Pirhadi deyib: “12 il uzun bir dövrdür… Hakimiyyət strukturunun dinamik və demokratik qalması üçün siyasi qüvvələrin yenilənməsi zəruridir”.

Bəzi iddialara görə, Laricani qələbə şansının azaldığını gördükdən sonra vida qərarına gəlib.

Digər tərəfdən, bəzi aparıcı islahatçı simalar üçün Laricani heç vaxt bu ailənin üzvü olmayıb və ən yaxşı halda, praqmatik bir siyasətçidir.

Beləliklə, spektrin hər iki tərəfində müxalifətlə qarşılaşan Laricaninin, mövcud siyasi hesablamanın davam edəcəyi təqdirdə, prezident seçkilərində qalib gəlmək ehtimalı azdır.

Buna baxmayaraq, İrandakı “Taxt oyunları”nı təbiətini və final sürprizlərini nəzərə alsaq, Laricaninin parlamentdən getməsi hələ son nəticə deyil. Qumdakı bir neçə şiə din xadiminin Laricanidən fikrini dəyişməyə və yenidən parlamentə namizəd olmağa çağırdığına dair məlumatlar var. Artıq bu, sərt tənzimçilər arasında narahatlıq doğurub. Rəqiblərinə qarşı sərt açıqlamaları, hətta casusluq iddialarını Ruhaniyə belə əsirgəməyən mühafizəkar millət vəkili Cavad Kərimi Quddusi də tvitlər zəncirində bu narahatlığı dilə gətirib. Quddusi Laricanidən şəxsi nəfi üçün ruhani icmasının nüfuzundan faydalanmamaq xəbərdarlığı edib.

Bu cür partizan hücumlarından başqa, Laricani bu yaxınlarda Ruhani hökuməti tərəfindən təqdim olunan mübahisəli benzin qiymətləri sxeminə görə də parlament üzvlərinin atəşinə tutulub. Yanacaq subsidiyalarının azaldılması qərarı, məlum olduğu kimi, xalqı iğtişaşlar və İranın çağdaş tarixində görünməyən etirazlara sövq edib. Laricani millət vəkillərini planın təsdiqlənməsinə cəlb etmədiyi üçün tənqid olunur. Çünki o, Ali Rəhbər tərəfindən qurulan müvəqqəti və yeni yaradılan İqtisadi Koordinasiya Ali Şurasının üç üzvündən biridir və Şuraya ABŞ-ın iqtisadi müharibəsinə qarşı vacib qərarlar qəbul etmə tapşırılıb.

Şuradan keçən benzin qiymətləri sxemi parlamentin səlahiyyət gücünün yoxluğunu vurğulayıb. Açıq danışan islahatçı millət vəkili Pərvanə Səlahşuri etirazların başlamasından dərhal sonra fəryad edib: “Əziz xalqım, parlament demokratiyanın daimi və kövrək sütunu idi, indi onu da dəfn etdik”.

Hökumətin iqtisadi dəmir yumruqları parlament seçkilərinə bir neçə ay qalmış vurulub. Buna görə də, millətlə dövlət arasındakı boşluğun genişlənməsi və hakim elitalara etibar çatışmazlığının əlavə edilməsi gözlənilir. İranlıların qarşıdakı seçkidə aşağı fəallıq ehtimalı siyasi iştiraka həvəssizlikdən boykota keçə bilər.

Əvvəlki seçkilərdə ictimaiyyətin zəif iştirakı ənənəvi olaraq sərt tənzimçilərin qalib gəlməsini asanlaşdırıb. Laricaninin gedişi növbəti parlamentdə Ruhaninin impiçmenti üçün dəridən-qabıqdan çıxan mühafizəkar düşərgə seqmentləri üçün yol açır, mötədil qüvvələrdə qorxu yaradır.

Tərcümə: Strateq.az

pia.az


Etiket: İran Laricani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar