Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisi Gəncəyə köçürmək daha məqsədəuyğun olardı" — Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az-ın suallarını cavablandırıb:

- Qüdrət bəy, Əli Kərimli və onun orbitində fırlanan bəzi partiyalar seşkilərin gözlənilmədən elan olunduğunu bəyan edib onu boykot edirlər. Onların bu qərarına münasibətiniz necədir?

 - Artıq əminliklə demək olar ki, ətrafı bilməsə də Əli Kərimli 19 oktyabra hökumətlə razılaşdırılmamış aksiya təyin edəndə çox şeydən məlumatlıymış. 2003-cü il prezident seçkilərində  Etibar Məmmədovu müdafiə etməyi tapşırmış qüvvələr bu göstərişi ona veriblər. O zaman tərəfdarları niyə ondan soruşmadı ki, əgər sən hakimiyyətin dəyişməsini istəyirdinsə niyə seçkidən sonra "qələbə" münasibətilə təbrik etdiyin İsa Qəmbəri yox, Etibar Məmmədovu müdafiə etdin? Deməli, ya sən heç nəyi görməyən və buna görə də siyasətdən getməli olan diletantsan, ya da şəxsi marağını hər şeydən üstün tutan və buna görə həmişə uduzan, psixoloji problemli, hətta pul müqabilində döyülməyə də hazır olan birisən.

Mən növbəti dəfə ona inanan insanlara üzümü tutub deyirəm ki, bu adam ola bilsin ki, həm də seçkilərin boykot olunmasına dair öhdəlik götürüb. Elementar düşüncəsi olan siyasətçi növbəti seçkilərin elan olunmasına 9 ay qalmış heç vaxt tərəfdarlarını hökumətlə qeyri -bərabər qarşıdurmaya aparıb, əzdirib onlar arasında ruh düşkünlüyü yaratmaz. Çalışar ki, belə toqquşmalardan yayınsın və narazılığın pik nöqtəsi seçki dövrünə düşsün. Ona görə onun ətrafındakı insanlar hər dəfə məyus olmaq, xarici ermənipərəst və daxili mafioz qüvvələrin əlində alətə çevrilmək istəmirlərsə  ya Əli Kərimlini oradan uzaqlaşdırmalı, ya da özləri aralanmalıdırlar.

- Qüdrət bəy, Prezidentin Şamaxıya son səfəri zamanı bəlli oldu ki, şəhərin yeni baş planı hazırlanıb və Şamaxıda böyük işlərə başlanılıb. Paytaxtın gələcəkdə Şamaxıya köçürülməsi nə qədər real görsənir?

- Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi  qaçılmazdır. Şamaxı Prezidentin də qeyd etdiyi kimi Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üşün orada 5 mərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali məhkəməni ora, Milli Məclisi isə Gəncəyə köçürmək  daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar