Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft qiymətləri sürətlə bahalaşır: Azərbaycanı nə gözləyir? 

OPEC və OPEC+ ölkələrinin günlük neft hasilatının 500 min barel azaldılması qərarından sonra neft qiymətləri sürətlə yüksəlməyə başlayıb. 

Belə ki, sözügedən qərarın qəbulundan yarım saat sonra brent markalı neftin 1 barelinin qiyməti 2,5 faiz artaraq, 65 dollara qədər yüksəlib. Qərar 2020-ci ilin martına qədər qüvvədə qalacaq. Lakin bunun inkişafda olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcəyi deyilir.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli neft bazarındakı vəziyyəti şərh edib. O, OPEC-in bu tip inzibati qərarlarının müvəqqəti olduğunu və qiymətlərin həmişə yüksək səviyyədə qalmasına kifayət etməyəcəyini bildirib:

"OPEC ölkələri 2016-cı ilin oktyabrından bazara belə müdaxilələrlə qiymətin yuxarı çəkilməsinə çalışırlar və bu yöndə müəyyən addımlar atırlar. Amma əslində onun ciddi praqmatik və iqtiadi əsaslandırılması yoxdur. Sadəcə bu tipli xəbər axınları neft qiymətlərinin artmasına təsir göstərən amilə çevrilir. Dünən də bazar buna kəskin reaksiya verdi və brent markalı neftin qiyməti 2,5 faizə yaxın bahalaşaraq, 62 dollardan 64,5 dollara qədər yüksəldi. Amma birinci gün bunun korreksiyasını görəcəyik, yəni qiymətlərdə müəyyən enmələr də müşahidə olunacaq. Çünki gündəlik hasilatın əlavə olaraq cəmi 500 min barel azalması ilə bağlı qərar çıxarılıb, lakin bu kvota hələ ölkələr arasında bölüşdürülməyib. Əvvəl 1,3 milyon barel azalmışdı, indi 1,8 milyon barelə çatdırılması nəzərdə tutulur. Amma dünyada neft istehsalında ciddi azalma müşahidə olunmur. Çünki OPEC-dən kənar ölkələrdə neft istehsalı artır.

2016-cı ildə OPEC bu qərarı verərkən, ABŞ-ın gündəlik neft hasilatı 8,6 milyon barel idi. Bu gün artıq 12,5 milyon barel təşkil edir. Yəni, təkcə Amerikada gündəlik hasilat təqribən 4 milyon barel artıb. Bu, OPEC-in hasilatının 2 mislindən də çoxdur. O cümlədən Kanadada da 2016-cı ildə 2 milyon barelə yaxın idi, indi isə 3 milyona yaxınlaşır. Yəni başqa ölkələr OPEC-in azaltdığı neftin əvəzini ödəməyə qadirdirlər və bu da OPEC-in müvəqqəti olaraq qəbul etdiyi bu qərarların bazara təsir mexanizmlərinin ömrünü azaldır. Yəni, bir müddətdən sonra bu, qeyri-effektiv bir metoda çevriləcək. Çünki bunlar azalda-azalda gedə bilməzlər. OPEC ölkələri hasilatı azaltdıqca, digər ölkələr artırır və beləliklə, OPEC-in bazardakı yerinin qeyri-OPEC ölkələri tərəfindən tutulmasının şahidi oluruq.

Məsələn, ABŞ-ın özü son 1 ildə neft idxalçısından neft ixrac edən ölkəyə çevrilib. Ona görə də bu metodun uzun zaman neft qiymətlərinə müsbət

təsir edib, yuxarı çəkməsi mümkün deyil. Bir müddətdən sonra OPEC-in təsir mexanizmi tamamilə sıfırlanacaq. Düşünürəm ki, hətta kvotaların bölüşdürülməsində də problemlər yarana bilər.

Bu gün neftin qiymətinin müvəqqəti yüksəlməsi dünənki qərarla bağlı olsa da, qlobal olaraq 60-65 dollar səviyyəsində qalmasının səbəbi geosiyasi gərginliklərdir. İran ətrafında baş verən proseslər, İranın bazardan kənarlaşdırılmasıdır, Liviyada vətəndaş müharibəsi, Venesuelada siyasi qarşıdurmadır və s. Bütün bunlar neftin qiymətini 60-65 dollar civarında saxlayıb. O problemlər bir-bir həll olduqca, neftin qiymətinin 45 hətta, 40 dollara qədər enməsi ehtimalı var. Bu, çox ciddi ehtimallardan biridir, çünki dünyada həm neft istehsalı artır, həm də istehlakı azalır. Məsələn, 10 il bundan əvvəl düşünürdük ki, 2020-ci ildə dünyada neft istehlakı gündə 120-130 milyon barelə çatacaq. Amma bu gün heç 100-ə çatmır, 96-98 barel arasıdır. Bu, o deməkdir ki, yeni texnologiyalar gəlir, avtomobil sənayesində benzindən, daxili yanma mühərriklərində istifadə halları azalır. Yəni, bu kifayət qədər ciddi fəsadlar verir, dəyişikliklərə səbəb olur. Ona görə, düşünürəm ki, OPEC-in atdığı bu addımlar bazarda müvəqqəti çalxalanma yaşatsa da, ümumilikdə neft bazarının tənzimlənməsində hələ də önəmli rol oynamağa qadir deyil. Bir müddətdən sonra OPEC-in atdığı bu inzibati addımlar neft qiymətlərini yüksək səviyyədə saxlamağa kifayət etməyəcək".

Azərbaycanda son 2 ildə qeyri-neft sektorunda nisbi inkişaf müşahidə edildiyini deyən ekspert bunun ümumi faiz nisbətində cüzi paya malik olduğunu deyib. Bildirib ki, gələn ilin büdcəsində də neftdən asılılıq əvvəlki illərdəki qədər olacaq:

"Qeyri-neft sektoru əsasən son 2 ildə rəqəmsal olaraq artsa da, ümumi iqtisadiyyatın fonunda faiz nisbətində ciddi artımın olduğunu söyləmək olmaz. 15 ildə nə xarici ticarətdə, nə də büdcənin formalaşmasında neftin payı aşağı düşməyib. Gələn ilin büdcəsinin 50 faizə yaxını Neft Fondundan birbaşa transfer ediləcək, təqribən 12 faizi də neft şirkətlərindən toplanacaq vergidən formalaşacaq. Yəni, 60 faiz birbaşa neftdən asılılıq var. Demək olar ki, son 15 ildə bu faiz nisbəti dəyişməyib. 1-2 faiz gah artıb, gah azalıb, amma ümumilikdə trend dəyişməyib. Xarici ticarətdə də eyni tendensiya müşahidə olunur. 2004-cü ildən bəri olan bütün statistik göstəricilərə nəzər salanda, bizim xarici ticarətdə enerji daşıyıcılarının payı 90 faiz civarındadır və aşağı düşmür. Amma rəqəmsal olaraq, kənd təsərrüfatının ixracı son 2 ildə 18 faizə yaxın artıb. Ümumi ixracat fonunda isə o rəqəmlər hələ də kiçikdir deyə, faiz nisbətində ciddi dəyişikliyə nail olmaq mümkün olmayıb".

pia.az


Etiket: OPEC neft

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar