Cümə, 24 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb

Baş prokurorluqdan açıqlama...

Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı yeni ittiham irəli sürülüb.

Özbəkistan Baş prokurorluğunun mətbuat xidməti xəbər verir ki, Baş prokurorluq Ədliyyə Nazirliyi ilə birgə Gülnarə Kərimovanın Amerika Birləşmiş Ştatları, İsveçrə, Fransa, Rusiya və Latviyada olan 1,3 milyard dollar həcmində sərvətinin qaytarılması istiqamətində birgə iş aparır.

İstintaq Gülnarə Kərimovanın öz yaxın adamlarından ibarət bir neçə cinayətkar qrup yaratdığını üzə çıxarıb. Həmçinin məlum olub ki, Özbəkistanın sənaye müəssisələrində də Gülnarə Kərimovanın mütəşəkkil cinayətkar qrupları fəaliyyət göstərib. O, həmçinin ayrı-ayrı vətəndaşlara və müxtəlif şirkət sahiblərinə təzyiq göstərib, onları öz əmlaklarını nəzarətində olan şirkətlərin adına keçirməyə məcbur edib. Müəyyənləşdirilib ki, dəymiş zərər 165 milyon dollara və 85 milyard suma (1 dollar 9500 sum) bərabərdir.

Məlumatda deyilir ki, Gülnarə Kərimovaya qarşı dələduzluq və oğurluq maddələri ilə yeni ittiham irəli sürülüb. O, həmçinin mütəşəkkil cinayətkar qrup yaratmaqda günahlandırılır.

Artıq istintaq başa çatıb və G.Kərimova vəkillərinin iştirakı ilə istintaqın materialları ilə tanış olur(azərtac).

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar