Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Düzünü desəm, Prezidentimizin evimə gələcəyini gözləmirdim..." - Video

Bu ilin fevral ayında baş verən zəlzələdən sonra Prezident İlham Əliyevin tapşırığına və sərəncamlarına uyğun olaraq, Şamaxı, Ağsu və İsmayıllıda yararsız vəziyyətə düşən evlərin yerində yüzlərlə fərdi yaşayış evi, iki yaşayış binası tikilərək sakinlərin istifadəsinə verilib...

Şamaxı rayon sakini, 75 yaşlı Xuraman Həsənovanın fərdi yaşayış evi də zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü. Mənzil yaşamaq üçün yararsız olduğundan dövlətimizin başçısının tapşırığı ilə Xuraman nənəyə də dördmərtəbəli yaşayış binasından bütün əşyaları ilə təmin olunan üçotaqlı mənzil verilib.

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub, Xuraman Həsənovanın evinə baş çəkib, ailə üzvləri ilə süfrə arxasında söhbət edib.

PİA.az xəbər verir ki, Azərtac-ın müxbiri həmin evdə olub, ev sahibinin təəssüratlarını öyrənib.

Xuraman nənə bildirib ki, dövlət başçısının onlara qonaq gəlməsi onun üçün gözlənilməz olub: “Düzünü desəm, gözləmirdim, mənim üçün unudulmaz bir an oldu. Prezidentimizin evimizə gələrək mənzilin açarlarını bizə təqdim etməsi ailəmiz üçün ən böyük hədiyyədir. Çox sevindik, uçmağa qanadımız olmadı. Mənim 75 yaşım var, indiyədək Prezidentimizi yalnız televizorda görmüşdüm. Amma onunla görüşməyi, özü də evimdə... Sevincimizi ifadə etməyə söz tapanmıram”.

Xuraman nənənin oğlu Fərdar Həsənov deyir ki, Şamaxıdakı zəlzələdən sonra dövlət başçısı tərəfindən sakinlərə göstərilən diqqət və qayğı hər bir şamaxılının ürəyincə olub.

“Zəlzələ baş verəndən sonra Prezidentimiz bir neçə dəfə Şamaxıya gəlib. Qəzalı evlərin yenidən tikilməsi üçün tapşırıq verib, vəsait ayırıb. Bunun nəticəsində yeni evlər tikilərək sakinlərə verildi. Allah onun canını sağ eləsin”, - deyə Fərdar Həsənov bildirir.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadənin verdiyi məlumata görə, rayon üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət çoxmərtəbəli üç bina tikilib. Bundan başqa, 1175 evdə bərpa işləri görülüb. Yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsuİsmayıllı rayonlarında da yeni evlər tikilir, həmçinin bərpa işləri aparılır.

Xatırladaq ki, bu il fevralın əvvəlində Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə güclü zəlzələ olub. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Dağıntılar əsasən ŞamaxıAğsu rayonlarında baş verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar