Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ana Vətən Partiyasında toplantı: Parlament seçkiləri ilə bağlı müzakirə aparılıb

Bu gün Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda növbədənkənar parlament seçkiləri, təşkilati məsələlər müzakirə olunub.

Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.

Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri - Arzuman Abubəkirov, Fikrət Yusifov və Yalçın Hacızadə çıxış edib.

AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisin bəyanatını Məclis üzvlərinə təqdim edib.

Bəyanatda AVP-nin növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəyi bildirilib.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar