Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT komissarı İranda nümayişçilərin necə güllələndiyini nümayiş etdirdi

BMT-nin insan haqları üzrə ali komissarı İran təhlükəsizlik qüvvələrini ittiham edib...

BMT-nin insan haqları üzrə ali komissarı İran təhlükəsizlik qüvvələrini etirazçılara qarşı “sərt zorakılıqdan” istifadədə və ötən ay keçirilən kütləvi etirazlarda “atəş açıb öldürməkdə” ittiham edib. Xanım Mişel Baçalet bu gün dekabrın 6-da deyib ki, o kütləvi etirazlardakı tələfat barədə şəffaflığın olmamasından və minlərlə etirazçının həbsi barədə xəbərlərdən narahatdır.

“Silahlı təhlükəsizlik zabitlərinin İran şəhərlərindən birində ədliyyə idarəsinin damından və bir halda helikopterdən snayper atəşləri açdığını göstərən videolar da daxil mötəbərliyi təsdiqlənmiş videolar etirazçılara qarşı sərt zorakılıq tətbiq edildiyini göstərir”,-komissar bildirib.

Xanım Baçeletdaha sonra deyib: “Bizə göndərilmiş videolardan birində təhlükəsizlik qüvvələrinin silahsız nümayişçilərin qaçmaq istədiyi vaxt onları arxadan güllələdiyini, adamların üzlərinə və həyati orqanlarına atəş açıldığını – bir sözlə, onların öldürüldüyünü göstərir”.

Komissar deyib ki, bunlar beynəlxaql norma və standartların, insan haqlarının aşkar və ciddi şəkildə pozulmasıdır.

Xanım Baçeletİran rəsmilərini etirazlar barədə “daha şəffaf olmağa”, həbs edilənlərlə ədalətli və qanuni rəftar etməyə, etirazçılara qarşı zorakılıq törədənlərin cəzalandırılmasına, tələfat barədə dəqiq rəqəm verməyə çağırıb: “İndilik İranda baş verənlər barədə yaranan təəssürat çox narahatedicidir”.

  ***

İranda benzinin bahalaşmasına etiraz olaraq bu günlərdə baş qaldıran və bütün ölkəni bürüyən etirazların yatırılması zamanı təhlükəsizlik qüvvələri, bəzi məlumatlara görə, mindən çox adam öldürüb. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

Diplomat ötən gün dekabrın 5-də jurnalistlərə deyib ki, ABŞ hökuməti İnqilab Keşikçiləri Korpusunun qüvvələrinin İranın cənub-qərbindəki şəhərlərdən birində nümayişçilərə avtomatlardan atəş açdığını əks etdirən videogörüntülər əldə edib.

Brayan Huk bəyan edib ki, təkcə həmin insidentdə yüzdən çox adamın öldürüldüyü haqda məlumat alıblar. Daha bir neçə yüz adam isə Tehranda və onun ətraflarında öldürülüb. Dövlət Departamentinin nümayəndəsi etirazların başlamasından etibarən öldürülənlərin sayının 1000-i keçə biləcəyini deyib.

Dövlət Departamenti İnqilab Keşikçilərinin nümayişçilərə avtomatlardan atəş açdığını əks etdirən videokadrları dərc etməyib, amma Brayan Huk bildirib ki, onun ölənlərin sayının 1000-dən çox olduğu barədə qiymətləndirmələri müstəqil qruplardan əldə edilmiş video və informasiyalara əsaslanır.

Diplomat qeyd dedib ki, bütün ölkələrin İran xalqı ilə bir olmaq, diplomatik səylərlə İran rejimini təcrid etmək və həmin qətllərə görə məsuliyyət daşıyanların cəzalandırılmasına nail olmaq vaxtı gəlib çatıb.

Qeyd edək ki, “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının bildirdiyinə görə, İranda öldürülənlərin sayı 200-dən çoxdur. Təşkilat etirazların yatırılması zamanı öldürülənlərin meyitlərinin ailələlərinə verilmədiyini, dəfn mərasimlərinin təşkil olunmasının qadağan edildiyini də açıqlayıb. (Virtualaz.org)

pia.az

 


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar