Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lerikdə İqbal Məmmədov erası bitir: Yeni iddialılar kimlərdir?

Növbəti iddialı Fərid Şahbazlıdır?...

Prezident İlham ƏliyevAzərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Milli Məclisə növbədənkənar seçkilər 2020-ci ilin fevral ayının 9-na təyin edilib.

OnlinePress.az xəbər verir ki, növbədənkənar parlament seçkilərin elan edilməsi ilə müxtəlif dairələr üzrə iddialı namizədləri də fəallaşıb. Artıq sosial mediada bir sıra namizədlər öz iddialarını ortaya qoyublar. Ən çox maraq doğuran dairələrdən biri də 79 saylı Lerik seçki dairəsidir. Çünki bu dairənin hazırki deputatını parlamentin ən qalmaqallı millət vəkillərindən biri hesab etmək olar. Deputatdan çox iş adamı kimi tanınan İqbal Məmmədovun adı indiyədək bir sıra skandal hadislərdə hallanıb.

Son olaraq İqbal Məmmədov oğlu və sahibi olduğu “Relax” İstirahət Mərkəzi işçilərinin vergi əməkdaşlarına hücumu ilə gündəmə gəlmişdir. Bu xüsusda son xəbər deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılması ilə bağlıdır.

Hazırki deputatın ətrafında baş verən bu hadisələr onun yenidən millət vəkili seçilməsi şanslarını minimuma endirib.

Bu şəraitdə Lerikin yeni deputatının kimliyi ilə bağlı siyasi kluarlarda və sosial mediada ciddi müzakirələr gedir. Lerikdən deputatlığa namizəd kimi, məşhur iş adamı, “Mətanət A” şirkətinin sahibi Elxan Bəşirov və tanınmış gənc, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının adı hallanır.

Xatırladırıq ki, Elxan Bəşirovun hələ bir il qabaq bütün biznesini öz adından çıxararaq, seçkilərdə iştirakla bağlı açıq iddiasını ortaya qoymuşdu.

Namizəd kimi adı hallanan Fərid Şahbazlı isə Lerikdə vergi əməkdaşlarına hücum insidentindən sonra İqbal Məmmədovu sərt tənqid edərək, onun lerikliləri təmsil etmək üçün mənəvi haqqını itirdiyini bəyan etmişdi. Fərid Şahbazlı Lerikin icra başçısı Rövşən Bağırov tərəfindən dəstəkləndiyi iddia olunur.

Hər halda gələn informasiyalar Lerikdə seçkilərin olduqca maraqlı və gərgin olacağını vəd edir.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar