Bazar ertəsi, 27 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Milli Dram Teatrında gündə 4 dəfə Yeni il şənliyi olacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq...

Teatrdan PİA.az-a verilən məlumata görə, bu münasibətlə hazırlanan “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev (Şaxta Baba), Əlvida Cəfərov (Şaxta Baba), Mehriban Xanlarova (Befan nənə-1), Sevinc Əliyeva (Befan nənə-3), Əminə Cəfərova (Panda), aktrisalar Fəridə Şahbazova (Qar Qız), Dilarə Nəzərova (Befan nənə-2), aktyorlar Vüsal Mustafayev, Elsevər Rəhimov (Şaxta nəvə 1), Ramin Şıxəliyev, Şahin Tağızadə (Şaxta nəvə-2), Elçin Hacıyev (Şaxta nəvə-3), Əlləz Əhmədov (Şrek), Vüsal Məmmədov (Ərincək), Firuzə Balayeva (Pinqvin) çıxış edəcək.

Yeni il tamaşası dekabrın 27-dən yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq. Biletlərin qiyməti 8 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay