Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində ağacəkmə aksiyası keçirildi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü Şirvan şəhərində böyük rəğbətlə qarşılanıb...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi barədə Sərəncamlarına uyğun olaraq, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Şirvan şəhərində də sislsilə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü Şirvan şəhərində böyük rəğbətlə qarşılanmışdır.

Dekabrın 6-da Şirvan şəhərində də növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi. Tədbir iştirakçıları-Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq, dərin ehtiramlarını ifadə etdilər. Sonra Heydər Əliyev Meydanında məktəblilərin ifasında fleş-mob nümayiş etdirilmişdir.

Ağacəkmə aksiyası keçirilən yerdə gənc idmançılar və rəqs qrupları öz nümunəvi çıxışları ilə tədbirə əlavə rəng qatdılar. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Şirvanlıları təbrik edərək onlara uğurlar arzu etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu ekoloji aksiyanı sağlam gələcək naminə atılan növbəti uğurlu addım kimi dəyərləndirdi. Şirvanlılar adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkür və minnətdarlığını ifadə etdi.

Aksiyada şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilatlarından, səhiyyə və təhsil ocaqlarından ümumilikdə min nəfərdən atrıq könüllü iştirak etdi. Bu aksiyada böyük ruh yüksəkliyi ilə işirak edən Şirvanlılar 3000-dən artıq həmişəyaşıl şam və küknar ağacları əkdilər.

Tədbirdə iştirak edən Şirvanlılar bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar