Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Aşotyan: Paşinyan növbədənkənar seçki keçirməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisi keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir...

“Sputnik Armenia” xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Sarqsyana qarşı qaldırılan iş “Antinikol” konsolidasiyası prosesini tezləşdirəcək. Biz bu prosesi son üç gün ərzində görürük. Burada “çox sağ ol, Nikol Paşinyan” demək lazımdır”, - Aşotyan bildirib.

Onun sözlərinə görə, Sarqsyana qarşı irəli sürülən ittihamlar eks-prezidentin xarici siyasət fəallığının qarşısını almağa yönəlib.

“Biz Sarqsyanın bir sıra paytaxtlara milli, dövlət gündəliyi ilə səfərlərini planlaşdırırdıq. Düşünürəm ki, hakimiyyət bundan çox yaxşı xəbərdar idi. Onlar öz siyasi rəqiblərinin kobud şəkildə təqibinə davam etməklə hakimiyyətlərini və Ermənistanı zəiflətdiklərini anlamalıdır”, - Aşotyan qeyd edib.

Qarabağda mümkün neqativ proseslər fonunda Aşotyan erməni hakimiyyətini ictimaiyyəti ayırmağa son qoymağa çağırıb.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Paşinyan

Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay