Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın neft naziri: OPEC+ sazişi üzrə razılıq əldə olunub

Nazir razılaşmaların təfərrüatını açıqlamayıb...

İranın neft naziri Bijan Zanqan Vyanada 6 saat davam edən OPEC-in iclasından sonra təşkilatın OPEC+ sazişinə dair razılaşmaların təfərrüatlarını açıqlamadan razılığın əldə olunduğunu bildirib.

"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, öz növbəsində, Səudiyyə Ərəbistanının Energetika naziri Abdel Əziz Əl-Səud iclasın sonunda gələcək fəaliyyət barədə konsensusun əldə olunduğunu bildirib və cümə günü OPEC+ sazişinə dair yaxşı xəbərlər vəd edib. O əlavə edib ki, qeyri-OPEC ölkələri ilə müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, cümə axşamı OPEC və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən AzərbaycanRusiya – red.) Vyanada bir araya gəliblər. İclas bu gün işini davam etdirəcək. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə artıq səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

pia.az

 


Etiket: OPEC+ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar