Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəbərdarlıq, yoxsa təhdid? - Trampla Dərin Dövlət arasındakı çəkişmə böyüyür...

Prezident Trampın Dərin Dövlətlə bağlı çıxışı Vaşinqtondakı balansı pozub...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 5 dekabr 2019-cu il

ABŞ ikinci böyük müharibədən sonra gəlib Avropaya çökdü. Qarşısında Sovet İttifaqı var idi. Bu gərginlik də dünyada qütbləşmə yaratdı. Hər kəs də bunu ciddiyə aldı. Qorxu ilə keçən illər ABŞ-a nəzarətçi funksiyası verdi. Sovet İttifaqı çökdükdə isə ABŞ təbii olaraq NATO qarşısına qoyacaq bir şey tapa bilmədi. İslam dini də, Rusiya da bu “düşmən” çərçivəsini doldura bilmədi.

Əslində, iş başlayandan bu yana, yəni NATO qurulandan bəri ABŞ-ın vəzifəsi Avropaya nəzarət etmək idi və edə bildi. İndiki problem də, əslində budur.

Açıq və konkret danışan təkcə Türkiyədir. YPG vasitəsilə NATO-nun tükəndiyini göstərən Türkiyə.

Yeni dünya sistemi NATO bu vəziyyətdə ikən qurula bilməz. Onsuz da öz içində müharibə aparır. Fransaya, İngiltərəyə, Almaniyaya və ya Türkiyəyə diqqət yetirmək lazımdır.

Prezident Trampın Dərin Dövlətlə bağlı çıxışı Vaşinqtondakı balansı pozub. Lokhed Martin və Reytonun silah satışlarını təşkil edən Mark Esperin müdafiə naziri olması Tramp üçün bir risk idi. Bu günədək Esperlə Trampın uyğun şəkildə işləməsi də təəccüblü idi. Hər kəs gərginlik gözləyirdi, amma olmadı.

Lakin Esper də artıq Trampın qarşısındadır. Esperlə sabiq Ədliyyə naziri Cef Sesions Trampa Dərin Dövlətlə bağlı xəbərdarlıq verib. Ədliyyə nazirinin də getməsi gözlənilməz deyildi.

NATO zirvəsi üçün Londona getməyə hazırlaşan Trampla görüşən Esper və Sessions Trampa xəbərdarlıq verib.

Lobbinin adamı olan Esper deyib: “ABŞ-ın bu qədər böyük və super güc olmasının tək səbəbi Dərin Dövlətin çox güclü olmasıdır. Dərin Dövlət bu baş verənləri ABŞ-a qarşı bir müharibə hesab edir. Bu günə qədər heç kim buna cəsarət edə bilmədi. Ad çəkməyim düzgün deyil, amma bu cür cəsarətli olan bir neçə nəfər kaş bu gün sağ olsaydı və onlarla danışa bilsəydiniz...”

Ağ Evin ətrafında bu sözlər müzakirə edilir. Vaşinqtonun qaranlıq dəhlizlərində bu sözlər əks-səda verir. ABŞ Müdafiə naziri açıq şəkildə prezident Trampı təhdid edirdi. Cef Sesions da sabiq Ədliyyə naziri kimi Trampa bildirirdi ki, vəzifəsindən uzaqlaşdırma prosesində hər detal onun vəzifəsini təhlükəyə atır. Çünki impiçment sənədi açıqlanıb. 300 səhifəlik sənəddə Trampın prezidentliyini təhlükəyə atacaq detalların olduğu irəli sürülüb. Trampın siyasi həyatını müəyyənləşdirəcək orqanlardan biri də, şübhəsiz, Ədliyyə Nazirliyidir.

Əslində, hər iki tərəf arasındakı davanı bilənlərin verdiyi məlumata görə, əsas 3 məsələ var. Dərin Dövlət Trampdan açıq şəkildə bəzi məsələlərdə ABŞ-ın gələcəyinə əngəl olmamasını istəyir. Suriya, Aralıq dənizi və xüsusi də, Afrika məsələsində Trampın prosesə daxil olmasını istəmirlər. Çünki Pentaqon bu 3 bölgədə necə irəliləyəcəyinə özü qərar verir. Lakin Tramp Pentaqona qarşı hərəkət edir. Tam da bu nöqtədə təzyiq yüksəlir. Nəticədə, Prezident seçilən bir şəxsin kənarda dayanması normal hal deyil. Amma bunu tələb edirlər.

Tramp bu məsələdə ən sərt xəbərdarlığı Stiv Bennondan almışdı. Bennonu Ağ Evdən uzaqlaşdırmaq böyük bir zəfər kimi görünsə də, elə deyildi. Çünki Bennon Trampa onun yaxşılığı üçün bəzi xəbərdarlıqlar verirdi. Kaşnerin təkidi ilə Bennon vəzifəsindən azad edildi. Bennon bu gün Trampa qarşı olsa da, Dərin Dövlətlə onun arasında körpü yaradırdı. Amerika Birləşmiş Ştatlarını quran quruluş Dərin Dövlət idi. Təbii ki, indiki prosesi ABŞ-ın qurulması ilə müqayisə etmək doğru deyil. Lakin o gün də ABŞ-ın hədəfi Avropa, Afrika, hətta Aralıq dənizi idi. Konstitusiyasında bu yazılmırdı. Lakin ABŞ-ın böyüməsi üçün qapalı olmamalı idi. Pentaqon hələ də eyni fikirdədir. Təkcə Tramp bundan narahat olur. 5 qitədəki əsgərlərin ABŞ-a qayıtmasının nə kimi faydası ola bilərdi? Müzakirə olunan məsələ budur. Pentaqon öz fikirlərini belə müdafiə edir:

“Vaşinqton üçün heç bir faydası yoxdur, ola da bilməz. Çünki oradakı əsgərlər Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyini təmin edir. Amerika əsgərlərinin olduğu ölkələrdəki rəhbərliklər, əlbəttə, daha mülayim olmaq məcburiyyətindədir. Bu gün Mursi dönəmində Misirdə Amerikanın təsiri azdır. Əsgərləri də yox idi. Lakin bu gün Misirdə Amerika əsgərləri var. Bir çox az professor da Misirdədir”.

Belə davam edilir: “Mursi dönəmində Amerika əleyhinə Misir vardı, lakin bu gün fərqlidir. Yenə bu gün Amerika əsgərlərinin geri çəkildiyi Misirdə dəyişiklik dərhal başlayır. Misiri buraxın. Almaniyadakı Amerika əsgərlərinin sayını heç kim bilmir. Böyük qüvvə Almaniyanı belə Amerika əsgərləri ələ keçirmiş vəziyyətdədir. Ona görə də, Berlində heç kim Amerika əleyhinə ola bilməz. Pentaqon bunu müdafiə edir. Doğru olub olmaması Pentaqonu narahat etmir. Güc üçün bunun lazım olduğunu bilirik və əsgərlərimizi orada saxlayırıq”.

İngiltərənin Suffolk bölgəsindəki Krallıq Hava Qüvvələrinə aid Mildenhall Hava Bazası Amerika bazası vasitəsilə gedirdi.

“Orada 2000 min Amerika əsgəri vardı. Burada ingilislərin sözü keçə bilməzdi. Krallıq Hava Qüvvələri olsa da, qərarları Vaşinqton verirdi. Buna görə də, Amerika əsgərlərini ölkələrinə qaytarmaq istəyən hər prezident Dərin Dövlətin əleyhinədir. Klinton, Buş, Obama belə bir addım atmamışdı. Heç belə bir həmlə də etməyiblər. Trampın niyə bu qədər aqressiv olduğunu, bəlkə, heç özü də bilmir”.

Trampın iqtisadi əsaslarına qulaq asmaq  məqsədləri də yox idi. Bəs Tramp Esperi ciddiyə aldı mı? Bu yaxın zamanda görərik. Amma NATO zirvəsindən ortaq təhlükə kimi Çinin irəli sürülməsi təsadüfi deyildi. Görəsən, zirvədə verilən qərarlar həyata keçəcək ya yox?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar