Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tirqartendəki qətldən sonra üç ssenari – Putin nə istəyəcək?  

Pavel Lokşın,

Die Welt, 05.12.2019

“Berlində bir Gürcüstan vətəndaşının ehtimal edilən sifarişli qətlindən sonra Almaniya hökuməti iki diplomatı qovdu. Rusiya cavab tədbirlərlə hədələyir. Vəziyyət gərginləşəcəkmi?” – Almaniyanın Die Welt nəşri sual edir.

Nəşrin jurnalisti Pavel Lokşın Rusiya-Amaniya münasibətlərinin mümkün üç inkişaf ssenarisini təqdim edir.

Birinci ssenari: Rusiya qarşılılıqlı addım atacaq

“Bir neçə aydır ki, Rusiya Prezidenti Vladimir Putin, dövri hücumlara baxmayaraq, Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ötən il Rusiya üçün olduqca həyəcanverici oldu – deyən Lokşın, keçmiş rus agenti Sergey Skripala edilən cəhd və yaranan diplomatik böhranı, həmçinin Kerç boğazında Rusiya ilə Ukrayna arasındakı hərbi qarşıdurmanı xatırladır: “Onunla müqayisədə 2019 heyrətamiz dərəcədə sakit idi. Putin Almaniyanı Rusiyanın Avropadakı ən vacib tərəfdaşı kimi qorxutmamaq üçün bu yeni dinamikanı qorumaq istəyir. Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron Moskva ilə yaxınlaşmaq kursunu seçib”.

Tirqartendə qətl hadisəsinə görə, Kreml “günah keçisi”ni tapıb, Almaniyaya təhvil verəcək.

“Kremldə DTK agenti Putinin sülhsevər oxşarı otursaydı, qarşıdakı günlər və həftələr belə görünə bilərdi.

Əsl Rusiya prezidentinin imkanları onun öz siyasi üslubu və idarəetmə sistemi ilə məhdudlaşır.

Rusiya tərəddüdsüz Almaniya ilə əməkdaşlıq etməyə razılaşsa, bu, Putinin həm adi vətəndaşların, həm də onun təhlükəsizlik aparatının gözündə onsuzda korlanmış nüfuzuna zərbə vuracaq. Buna görə reallıqda bu ssenarinin şansı yoxdur. Onun ehtimalı azdır “, – deyə nəşr bildirir.

İkinci ssenari: qarşılıqlı eskalasiya

Rusiyada xırda məsələyə görə iki ölkə arasında dayanıqlı münasibətləri zərbə altına qoyan almanlardan narazılıq artacaq. Üsyankar çeçenlər və Putinin himayədarlıq etdiyi Ramzan Kadırovun dünyanın digər yerlərində də, məsələn, Avstriyada və ya BƏƏ-də də düşmənləri ölürdü. Ancaq bu heç vaxt mənfi nəticələrə səbəb olmurdu, bəs indi buna görə belə hay-küy nəyə lazımdır?”.

“Kreml eskalasiya spiralını burmağa başlayacaq. Rusiyalı iki diplomatın qovulmasına cavab olaraq Almaniyanın Moskvadakı səfirliyinin iki əməkdaşı çantalarını yığmaq məcburiyyətində qalacaqlar. Kreml, bazar ertəsi Parisdə keçiriləcək Ukraynaya dair sammitdə iştirakdan tələsik imtina edəcək.

Eyni zamanda, Dövlət Dumasında Rusiya siyasətinə təsir etdiyi iddia edilən Almaniyanın media və mədəniyyət qurumlarına qarşı tədbir görülməsi tələbləri yenidən səsləndiriləcək.

Avropada Rusiya səfirlikləri boş qalacaq və Rusiyaya viza almaq praktik olaraq mümkün olmayacaq.

Moskva, öz növbəsində, yeni qovulmalarla cavab verəcək, Almaniyanın Moskvadakı konsulluq idarəsi viza müraciətlərinə baxa bilməyəcək”.

Rusiya-Almaniya münasibətlərinin pozulması kimi səslənənlərin ehtimalı ilk ssenaridən çox fərqlənmir.

Axı, nə Almaniya, nə də Rusiya həqiqi eskalasiyada maraqlı deyil. Bu ssenarinin ehtimalı azdır”, deyə Lokşın hesab edir.

Üçüncü ssenari: fərqli eskalasiya

“Hər şey ənənəvi qaydada gedəcək: Rusiya hökuməti əvvəlcə çoxmənalı şəkildə qisas ilə təhdid edəcək. Nəticədə Kreml iki alman diplomatını ölkədən çıxaracaq və bununla da kifayətlənəcək.

“Normand formatında” görüşdən bir neçə gün əvvəl Putin iki ölkə arasındakı əhval-ruhiyyəni gərgin nöqtəyə gətirmək istəməyəcək. Axı o, Şərqi Ukrayna ilə bağlı danışıqlar irəliləyəcəyi təqdirdə, avropalılarla münasibətləri normallaşdıracağına və sanksiyaların qaldırılacağına ümid edir. Həm də ortamüddətli perspektivdə almanlar da sonrakı addımlarından imtina edəcəklər. Keçmiş rus agenti Skripala sui-qəsdən fərqli olaraq öldürülmüş çeçenin işi Ukrayna məsələsində fürsət pəncərəsini bağlamaq üçün kifayət deyil. Axı, Almaniya ərazisində heç bir kimyəvi silah tətbiq edilməyib.

Fransa prezidenti Emmanuel Makron görünür, Rusiya ilə sülh sövdələşməsini hədəfləyir – kanslerin ofisi yəqin ki, onu irəli buraxmaq istəməyəcək. Rusiya tərəfi də deyəsən buna ümid edir.

Belə bir ssenarinin olma ehtimalı yüksəkdir“, deyə Die Welt qeyd edir.(Tərcümə Strateq.az-ındır)

pia.az


Etiket: Tirqarten Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar