Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ayılar kəndlərə hücum etdi – Video

Qubadan sonra Qusarda ayı kəndlərə hücum edir...

Hər gün ayı arı pətəklərini dağıdır. Ordan bal yedikdən sonra sanahsi gün yenə təkrar gəlir.

Bu hal artıq 15- gündən çoxdur ki, davam edir. Ayılar hətta gündüzlər də kəndin yaxınlığında görünməyə başlayıb. Kadrları isə kənd sakinləri öz mobil telefonları ilə lentə alıb.

Kimisi evin içindən ayını həyətə gələndə çəkib, kimisi isə kəndin içindən avtomobillə ayını qovarkən çəkib. Görüntülər Qusarın Zindanmuruq və Əniğ kəndlərindəndir.

Sakinlər bildirirlər ki, ayılar hər axşam həyətyanı sahələrə ordanda düz qapıya gələrək həyətbacanı dağıdır. 40-a yaxın arı pətəyi dağıdılaraq ordan bal yeyib. Bəzi evlərin çəpərlərini də ayılar dağıdıb. Vəziyyət o həddə çatıb ki, ayıları kənd sakinləri avtomobillə qovurlar ki, sakinlərə toxunmasın.

Kəndin İcra nümayəndəsi İmran Hacaliyev açıqlamasında bildirib ki, ayılar demək olar ki, hər gün gəlir. Kənddə harda arı yeşikləri var ora gedir. Gecələr həyətlərə çıxmaq qorxulu hala çevrilib. Ayılar əsasən Qusarın Aladaş Zindanmuruq və Əniğ kəndlərinə gəlir. Məsələ Qusar rayon İcra Hakimiyyətinin də diqqətindədir.

pia.az


Etiket: ayı Qusar hücum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar