Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deputatların çoxu savadsız idi, ağızının danışığını bilmirdi…”

“Milli Məclisin buraxılması doğru addımdır. Çünki çox narazılıqlar var idi”...

Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, “91-lər”dən biri, yazıçı Xeyrəddin Qoca deyib.

Yazıçı daha sonra əlavə edib ki, Milli Məclisin indiki tərkibinin əhəmiyyətli hissəsinə cəmiyyətdə münasibət o qədər də yaxşı deyildi. “Çoxu savadsız idi. Ağızlarının danışığını bilmirdilər. Siyasəti bilmirdilər. Boş-boş danışırdılar.

Əlbəttə, bu fikirlərin hamısına aid deyil. Nəhayət, artıq dövlət səviyyəsində bəyan edildi ki, Milli Məclisdə oturanlar islahatlarla ayaqlaşa bilmir. Deməli, parlament buraxılmalı idi.

Mən də YAP-ın Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı iclasında iştirak etmişəm və bu məsələni dəstəkləmişəm”, - deyə Xeyrəddin Qoca bildirib.

Məşhur YAP-çı növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən xeyli fəqrlənəcəyini deyir: “Hesab edirəm ki, çox ciddi dəyişiklik olacaq. Savadlı, siyasəti bilən adamlar seçiləcək”.

Xeyrəddin Qoca həmçinin hazırkı deputatları namizəd olmamağa çağırıb. “Məntiq belə deyir. Bunlar Prezidentə müraciət ediblər ki, indiki tərkib islahatlara mane olur, yaxşı işləmir və s. Elə danışırlar ki, Milli Məclis çoxdan buraxılmalı idi. İndi bunu deyənlər yenidən deputat seçilib yaxşı işləyəcəklər? Onların namizədliyini irəli sürməsi məntiqsizdir”, - deyə o vurğulayıb. (yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar