Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO sammiti: Üzvlər arasında fikir ayrılıqları ortadan qalxdı?

Politoloq: “NATO-nun 70 illiyinə həsr olunmuş London sammiti çox mürəkkəb bir dövrə təsadüf edir”...

 

“Anlaşılmazlıq yalnız Türkiyə və NATO arasında deyil, təşkilatın ayrı-ayrı üzvlərinin öz aralarında, habelə onlardan bəziləri ilə Türkiyə arasında cərəyan etməkdədir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova NATO-nun 70 illiyinə həsr olunmuş London sammitini PİA.az-a şərh edərkən qeyd edib.

Təşkilatın 70 illik yubileyinin də qeyd edildiyi sammitin birinci günü ABŞ və Fransa Prezidentləri Donald Tramp və Emmanuel Makron arasında gərginliklə, habelə müttəfiqlər arasında maliyyə problemlərinin müzakirəsi ilə yadda qalıb.

Bir tərəfdən Donald Trampın Fransanın dövlət başçısının NATO-nun “beyin ölümü” keçirdiyi sözlərini “hörmətsizlik” adlandırması və Paris ilə Vaşinqton arasında ticarət mübahisələrinin qızışması, digər tərəfdən isə Emmanuel Makronun ABŞ-ı alyansa yetərincə kömək etməməkdə ittiham etməsi vəziyyəti daha da gərginləşdirib. Daha bir mübahisə doğuran məsələ Türkiyənin Şimali Suriyada hərbi əməliyyatları ilə bağlıdır.

Dekabrın 3-də dövlət başçıları Vatford otelində danışıqlar aparıb, həmçinin Bukingem sarayında kraliça II Elizabetin təşkil etdiyi ziyafətdə iştirak ediblər. Bundan başqa, Böyük Britaniya Baş Nazirinin ofisində də onların şərəfinə rəsmi ziyafət təşkil edilib.

Dekabrın 4-də üçsaatlıq keçirilən formal görüşdə alyansın kiber hücumlara qarşı mübarizəsi, Çinin qarşıya qoyduğu strateji çağırışlara cavab verilməsi məsələləri müzakirə ediləcək. Böyük Britaniyanın Baş Naziri Boris Conson NATO-nun sammitində “bir nəfər hamı, hamı bir nəfər üçün” devizini irəli sürüb.

Sammit çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberq ilə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar da aparılıb. Şimali Atlantika Alyansının rəhbəri qeyd edib ki, 2024-cü ilədək Kanada və Avropa ölkələrinin müttəfiq qismində müdafiə xərcləri 400 milyard dollaradək artırılacaq.

NATO ölkələri arasında fikir ayrılıqları bu sammitdən sonra ortadan qalxacaqmı , yoxsa daha da böyüyəcək? Xüsusən ABŞ və Fransa , o cümlədən Türkiyə NATO münasibətləridəki çatlar bu sammitdən sonra hansı səmtə inkişaf edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Türkiyənin plana qoşulmaqdan imtina etməsi NATO-nun nəinki Qara dəniz, habelə Baltik dənizi və Şərqə genişlənməsi planlarını poza bilər".

NATO üzvləri arasında son illərdə olduqca gərgin münasibətlərin müşahidə edildiyini xatırladan politoloq əlavə edib ki, Fransa prezidenti Makronun Rusiya və Çinin NATO-ya düşmən olmaması barədə fikirləri Çin ilə ticarət savaşı aparan ABŞ-ı qane etmir. Fransanın təşkilatdan qopma meyllərinin güclənməsi açıq şəkildə müşahidə olunur:

NATO-nun 70 illiyinə həsr olunmuş London sammiti çox mürəkkəb bir dövrə təsadüf edir. NATO üzvləri arasında son illərdə olduqca gərgin münasibətlər müşahidə edilir. Fransa prezidenti Makronun Rusiya və Çinin NATO-ya düşmən olmaması barədə fikirləri Çin ilə ticarət savaşı aparan ABŞ-ı qane etmir. Fransanın təşkilatdan qopma meyllərinin güclənməsi açıq şəkildə müşahidə olunur.

Anlaşılmazlıq yalnız Türkiyə və NATO arasında deyil, təşkilatın ayrı-ayrı üzvlərinin öz aralarında, habelə onlardan bəziləri ilə Türkiyə arasında cərəyan etməkdədir. Artıq NATO-nun aparıcı üzvlərinin siyasi liderlərinin özləri ayrı-ayrılıqda Rusiya ilə yaxınlaşma tərəfdarı kimi çıxış edirlər və belə bir şəraitdə S-400 məsələsinə görə Türkiyəni qınaya bilməzlər.

Fransa prezidenti Makron Alyansın öz diqqətini Rusiya və Çinə qarşı yox, terrora qarşı mübarizəyə fokuslamasını tövsiyə edib. Təbii ki, terror təşkilatlarına ikili standartlardan yanaşma həm NATO-nun, həm də bu yanaşmanı ortaya qoyan dövlətin mövqeyinə ciddi zərbə vurur.
Lakin Fransa YPG-ni terror təşkilatı kimi tanımır, hətta ona hərtərəfli yardım edir.

Nəzakət Məmmədova: “NATO-nun Şərqə doğru genişlənmə strategiyası çərçivəsində Ukrayna və Gürcüstanın üzvlüyə qəbul edilməsi bir çox məsələlərə görə Türkiyədən asılıdır”.

NATO-nun Şərqə doğru genişlənmə strategiyası çərçivəsində Ukrayna və Gürcüstanın üzvlüyə qəbul edilməsi bir çox məsələlərə görə Türkiyədən asılıdır. Lakin NATO-nun Türkiyəyə qarşı ittihamları səngimək bilmir. Fransa YPG-yə qarşı Barış çeşməsinə görə onu qınayır, ABŞ S-400 məsələsini Türkiyəyə qarşı yenə də gündəmə gətirir və F-35 satmayacağı ilə təhdid edir və s. NATO Qara dəniz akvatoriyasına doğru genişlənməkdə israrlıdır və burada Alyansın Şərq cinahına daxil olan ölkələrin dəstəyi vacib şərtdir.

Eyni zamanda, Rusiyanın dənizlərdən hərtərəfli blokadasına nail olmaq, eyni zamanda onları Rusiyadan qorumaq üçün London sammitində Polşa və Baltik ölkələrinin birgə müdafiə planının NATO-nun 29 üzvünün hamısı tərəfindən dəstəklənməsinə ehtiyac var. Türkiyənin plana qoşulmaqdan imtina etməsi NATO-nun nəinki Qara dəniz, habelə Baltik dənizi və Şərqə genişlənməsi planlarını poza bilər. Ərdoğan sammitdən öncə bəyan etmişdi ki, Suriyada ölkəsinin maraqları NATO tərəfindən nəzərə alınmayana qədər həmin planı dəstək vermək fikrində deyil.

Makronun NATO-nu "beyin ölümü" keçirən təşkilat adlandıraraq, Rusiya və Çini düşmən ölkələr adlandırmaqdansa, beynəlxalq terrora qarşı mübarizəyə fokuslanmaq, öz strateji hədəflərini dəqiq müəyyən etmək, Avropanın öz müdafiəsini təkbaşına təşkil etmək çağırışları fonunda sammit diqqət mərkəzindədir. Tramp, Makron, Putin, Ərdoğan sammitin əsas diqqət mərkəzində olan liderləri olduğu kimi, onlar arasındakı müzakirələrin nəticəsi də Şimali Atlantika Alyansının cənub-şərq cinahının kiçik Asiyada, Anadolu yarımadasında, Aralıq dənizi sahillərində mövcudluğunun davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLU

pia.az

 

 


Etiket: NATO sammit


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar