Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a meydan oxuyan Fransanın sonu necə olacaq?..

Artıq hər yerdə Sarı Jiletlilərin hakimiyyəti var. İqtisadiyyat da məhz buna görə geriləyir...

Burhan Ayeri

“Yeniçağ” qəzeti, Türkiyə, 5 dekabr 2019-cu il

Ərdoğanla Tramp Vaşinqtonda görüşdükdən sonra bunun davamının London zirvəsində gələcəyini demişdim və elə də oldu. NATO-dakı çat daha da böyüdü. Gördüyüm qədərilə hər kəsə başa düşüb ki, ən böyük problem Trampla Makron arasında deyil.

Fransa prezidenti, hətta ABŞ prezidentinə meydan oxuyur. Niyə görə?

Makronun öz ölkəsini gətirdiyi bu vəziyyət heç də ürəkaçan deyil. Beynəlxalq qiymətləndirmə quruluşlarına görə, Paris ipləri əlindən buraxıb.

Küçədəki vəziyyət

Artıq hər yerdə Sarı Jiletlilərin hakimiyyəti var. İqtisadiyyat da məhz buna görə geriləyir. Son keçirilən anketlərə görə, Fransa artıq geriyə gedir. Dünya siyahısında 3-cü yerdən 5-ci yerə düşüb.

Hara əlini atsa, zay edən Makron Londonda son oyunu oynayıb. Trampa meydan oxumağa çalışıb, amma cavabını alıb.

Bu gedişat onun seçkilərdən böyük bir məğlubiyyətlə çıxacağını göstərir. NATO-dakı vəziyyəti də onun çöküşünü göstərir.

Almaniya

Angela Merkelin cəhdləri artıq Avropa Birliyini xilas etmək üzrədir. 2022-ci ildə “aktiv siyasət”i bitirəcəyini açıqlayan Kansler, görünür, dostu Fransanın zəifləməsindən olduqca təsirlənir.

Bu günə qədər birlikdə irəliləyən ölkələrdən birinin qopması Avropada yeni fırtınalara səbəb olacaq. Bu fəlakət ikibaşlı olacaq: həm NATO-dan, həm də AB-dən. Tramp da bu durumu çox gözəl başa düşür.

İngiltərə

Son anketlərin ortaya çıxardığı nəticə isə İngiltərə üçün bir mənfi, bir də müsbət vəziyyət yaradır.

Əsli Çankırıdan olan Boris Consonun partiyası seçkilərdə uğur qazanacaq. Lakin AB-dən tezliklə çıxacaq. Bu da BREXİT-çilərin zəfəridir.

Sonradan bu ayrılma daha da böyüyər və İsveçlə İrlandiya da İngiltərədən ayrıla bilər. AB və NATO-dakı siyasətin də düzəlmək şansı heç yoxdur.

Amerika

Trampı dəli yerinə qoyduq, amma o, ölkəsinin “dünya liderliyi”ni daha da gücləndirdi. Amerikanı elə bir hala gətirdi ki, az qala əlini də öpdürəcək.

Tramp artıq daxil olduğu ittifaqların liderləri ilə oyun oynayır. Məsələn, NATO-ya qatqı göndərmək üçün “milli hasilatlar”ın əsas götürülməsini dəqiqləşdirməyə çalışır.

Keçmişin intiqamı

Amerikanın qurulduğu illərdə Virciniyada və ya başqa yerlərdə liderlik etmək istəyənlərdən də indi intiqam alır. Tramp məzəli karikaturalarının çəkilməsindən də narahat deyil. Çünki hamını əzməyə başlayıb.

Və Türkiyə

Londondakı zirvədən itkisiz çıxan tək ölkə Türkiyədir. NATO üçün aparılan 4 nəfərlik görüşdə ən uğursuz türk bürokratlarını qeyd etmək lazımdır. Prof. Dr. Fahrettin Altunun gəldiyi nəticələr meydana çıxıb. Preziden Media Qrupu rəhbərinin kreativliyini hər kəs qəbul etməlidir. Türkiyə öz tarixində ilk dəfə bu qədər dildə yazıb-oxuyan bir bürokrata sahib olub. 

Digər tərəfdən,Ərdoğanın özəl təmaslarının nəticəsini də zamanla başa düşəcəyik. Burada MİT rəhbərinə bir xəbərdarlıq vermək lazımdır. O saqqallar Hakan Fidana heç yaraşmayıb, Səudiyyə nümayəndələrinə bənzəyib. Ən yaxşı görüntü yaradan isə İbrahim Kalin idi. 

FETO 

CNN Türk-də FETO ilə mübarizə ön planda idi. CHP-nin sabiq millət vəkili Ali Kemal Kumkumoğlunun fırtınasını izlədik. Metin Özkana çox əziyyət verib. Sabiq əsgər və prokuror Ahmet Zeki Üçok da Almaniyanın FETO qaçqınlarına sahib çıxışı ilə bir xeyli detal göstərib.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Fransa ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar