Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OBA marketlər şəbəkəsi: Qida zəhərlənməsi halı baş verməyib

OBA marketlər şəbəkəsi açıqlama verib...

Mediada Lökbatan qəsəbəsində yerləşən OBA marketlərin birindən alınan şokolad məhsulunda qurd olması və bunun nəticəsində zəhərlənmə halı yaşandığı ilə bağlı məlumat yayılıb. Bəzi media qurumlarının sadəcə alıcının dediyinə əsaslanaraq, heç bir sübut və dəlil göstərilmədən, araşdırma edilmədən bu cür məlumatlar yaymasına təəssüfümüzü bildiririk.

OBA hadisəni bütün detalları ilə araşdırıb və nəticəni ictimaiyyətlə paylaşır:

Zəhərləndiyi iddia olunan uşaqla bağlı

Hadisədən dərhal sonra OBA marketlər şəbəkəsinin nümayəndələri məsələni araşdırmağa başladı. Övladının zəhərləndiyini qeyd edən Ruslan Məmmədovla görüşüb məlumat alındı. O, qızının zəhərləndiyini iddia etsə də qeyd etdiyi naxoş halın zəhərlənmə ilə aidiyyatı olmadığı müəyyən edildi. R. Məmmədov həmçinin bildirib ki, övladının mədəsində ümumən problem var və ona şokolad tipli məhsul yemək məsləhət görülmür, o isə valideyinlərindən gizli olaraq 7-8 ədəd yeyib.

Xəstəxanadan məlumat

Uşağın zəhərlənmə halı ilə bağlı müraciət olunan 4 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Cəmilə Muradxanova isə bildirib ki, Oksana Məmmədova həmin gün xəstəxanada olub, müayinə olunub və onda heç bir zəhərlənmə halı aşkar edilməyib.

Barəsində danışılan məhsul - şokolad

OBA-nın aidiyyatı strukturları tərəfindən barəsində danışılan məhsul – “Nevskiy Konditer Belinskiy” MMC-nin Russiya fabrik istehsalı olan Nevskiy-Orexovoe Tsarstvo Praline tipli korpuslu şirələnmiş konfet araşdırılıb. Mağazalara, həmçinin, depo stokuna baxış keçirilib və fərqli tarixli, fərqli partiyalardan nümunələr götürülüb. OBA loboratoriyalarında nümunələrə baxış zamanı məhsulun orqonoleptik göstəricilərində (görünüş, dad, qoxu) heç bir kənarlaşma aşkarlanmayıb.

Bütün bunlarla yanaşı, qeyd edək ki, məhsul tam təbii olduğu, qoruyucu maddələrdən çox az istifadə olunduğu və fındıq tərkibli olduğu üçün düzgün saxlanmadıqda xarab olma halı yaşana bilər. Məhz Lökbatanda yerləşən şikayətin qeydə alındığı mağazada əməkdaşlar tərəfindən saxlanma qaydasına əməl edilməməsi ilə məhsulda hansısa korlanma halı yaşanmış ola bilər. Lakin, bununla əlaqədar zəhərlənmə və ümumiyyətlə hər hansı bir formada sağlamlığa ziyan dəymə hadisəsinin baş vermədiyi dəqiqdir.

Məhsulların saxlanma qaydası ilə bağlı bütün OBA marketlər şəbəkəsinin əməkdaşları bir daha təlimatlandırılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar